Bu payız “Qızıl Payız”dan sevinc payınızı qaçırmayın!

 

Son ayını yaşamaqda olan yay mövsümü, yəqin ki, uzun müddət lotereya həvəskarlarının xatirindən silinməyəcək. Məhz may ayından başlayaraq hər ay fantastik “Cek Pot” uduşları qeyd olunub. Mayın 12-də “5/36" lotereyasında 93.225 manat məbləğində “Cek Pot" udulub.

İyunun 24-də “6/40” lotereyasının tirajında ölkə lotereya oyunları tarixində ikinci ən böyük uduş - 409.295 manat məbləğində  “Cek Pot” uduşu qeydə alındı və sanki bu iki lotereya – “5/36” və “6/40” lotereyaları arasında uduş yarışı başlandı. İyul ayında “5/36” lotereyasında ardıcıllıqla iki “Cek Pot” uduşu baş verdi. Ayın 11-də 178.475 manat, 25-də isə 35.800 manat uduş daha iki iştirakçının evinə sevinc gətirdi. 178.475 manat məbləğində “Cek Pot”u udan Mürsəlov Eldənizin uduş sevincinə səyahət də əlavə olundu. “Topaz” şirkətinin keçirdiyi kampaniyanın şərtlərinə uyğun olaraq, Eldəniz uduşlu bileti bu şirkətin satış məntəqəsindən aldığı üçün Türkiyəyə iki nəfərlik səyahət də qazandı.

Budur, “6/40” lotereyası yenidən “öz sözünü” deyir. İyulun 7-də bu lotereyada 104.200 manat məbləğində “Cek Pot” uduldu. Bu uduşdan keçən bir həftə ərzində “5/36” lotereyasında “Cek Pot”un udulması üçün 4 cəhd olunub. Bu iştirakçılar ən axırıncı mərhələdə dayanaraq hərəyə 3650 manatla kifayətlənsələr də, cümə tirajında 111669 №-li biletin xoşbəxt sahibi 37.300 manatadək yüksəlmiş “Cek Pot”a sahib oldu.   Beləliklə, təkcə bu iki lotereyada, may ayından bəri ümumi məbləği 826.705 manat olan 6 “Cek Pot” udulub. Lotereyalarda iştirak etməyən oxucuda belə bir təəssürat yarana bilər ki, yay mövsümü ərzində cəmisi 6 uduş olub. Məsələ burasındadır ki, lotereya iştirakçıları yay mövsümü ərzində onlarla avtomobilə, yüzlərlə irili-xırdalı pul uduşlarına sahib olublar. İrili-xırdalı uduş deyəndə biz həftəlik lotereyalarda Gədəbəy sakini Rasim Rüstəmovun udduğu 4334 manatı, Sabirabaddan Əlizamin Şaxnazarovun udduğu 5600 manatı, Bakıdan Sənan Əlabbasovun qazandığı  6540 manat və Kəlbəcərli Yusif  Musayevin udduğu 6503 manat kimi uduşları nəzərdə tuturuq. Qeyd etmək lazımdır ki, “Azərlotereya”nın ənənəvi həftəlik lotereyalarında istehlakçıları sanballı uduşlar gözləməkdədir. “Binqo” və “Klassik Loto”da bu uduşlar 175.000 manat, “Super Loto”da isə 182.000 manat təşkil edir.

Maraqlıdır ki, gündəlik və həftəlik lotereyalarda belə böyük məbləğlərdə uduşların oynanılmasına baxmayaraq, iştirakçıların əksəriyyəti məmnuniyyətlə mövsümi lotereyalarda iştirak edirlər. Bir neçə ildir ki, xoş ənənəyə çevrilən  mövsümi lotereyalar içərisində öz populyarlığına görə “Qızıl Payız” lotereyası öncül yerlərdən  birini tutur. Bu il də lotereya həvəskarları ənənəvi payız layihəsi olan “Qızıl Payız” lotereyasını səbirsizliklə gözləyirlər.

Çox maraqlı və olduqca sadə oyun olan “Qızıl Payız”  beş turdan ibarətdir. Birinci turda lotereya biletinin istənilən üfüqi sıralarından hər hansı biri, ən tez dolmuş bilet uduşlu sayılır və bu bilet oyunda iştirak etməkdə davam edir. Bu qayda ilə, ikinci turda hər hansı iki, üçüncü turda hər hansı üç, dördüncü turda hər hansı dörd üfüqi sırası ən tez dolmuş biletlər uduşlu sayılırlar. Beşinci tur uduş fondu bitənədək davam edir və bu turda bütün üfüqi sıraları tam dolmuş biletlər uduşlu sayılırlar. Birinci turda olduğu kimi, bütün turlarda uduşa düşmüş biletlər oyunu davam edirlər və bir biletin udduğu bütün uduşlar cəmlənir. Tirajda bütün turların qalibliyinə ilk namizədlər, lotereya sevənlərin sözü ilə desək, ilk “gözləyənlər” mükafatlandırılırlar.

“Qızıl Payız” lotereyası daha bir özəlliyə malikdir. Əsas oyun başlanmazdan və başa çatdıqdan sonra 0-dan 9-dək nömrələnmiş şarların lototrondan çıxarılması ilə avtomobillər oynanılır. Əsas turlardan öncə lototrondan çıxarılmış altı şar üzərindəki rəqəmlər lotereya biletinin nömrəsi ilə uyğun gələrsə, bilet “Hyndai Santa Fe”  avtomobili udur. Əsas turlar başa çatdıqdan sonra bu prosedur yenidən keçirilir və bu dəfə qalib bilet “Hyundai Accent” avtomobili udur. Hər iki halda, uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf edərsə, şarlar yenidən lototrona qaytarılır və yeni uduşlu nömrə müəyyən edilir. Başqa sözlə, “Hyndai Santa Fe” və “Hyundai Accent” avtomobilləri yüz faiz uduşludurlar. Bu payız, “Qızıl Payız”dan uduş payınızı qaçırmayın!

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında