Xəzər rayonunda sərhədçilərin bayram tədbiri

 

 

Xəzər rayonunda Sərhəd Qoşunlarının yaranmasının 95 illiyinə həsr olunmuş bayram tədbiri keçirilib.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə DSX Sahil Mühafizəsində keçirilən tədbirdə məqsəd hərbi xidmətdə olan gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili, Azərbaycan Respublikası Sərhəd Qoşunlarının yaranmasının 95-ci ildönümünün geniş qeyd edilməsi olub.

Tədbirin rəsmi hissəsində çıxışlar dinlənilib. Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev rayonda belə tədbirlərin vaxtaşırı keçirildiyini bildirib və qeyd edib ki, gənclərə vətənpərvərlik hisslərinin aşılanması əsas vəzifələrdən biri kimi qarşıda durur. Ölkəmizdə aparılan gənclər siyasətinin gənclərimizi dövlətimizə, milli şüurumuza bağladığını deyən V.Əliyev ərazilərinin 20 faizinin işğalçı Ermənistan tərəfindən zəbt edilən Azərbaycanın vətənpərvər gənclərə daha çox ehtiyacı olduğunu vurğulayıb.

Rəsmi hissədən sonra iştirakçılara tanınmış estrada ulduzlarının ifasında konsert proqramı təqdim olunub.

Leyla QURBANOVA,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında