Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq zamanı duyğulu anlar yaşandı

 

 

“Юlkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində respublikanın şimal bюlgəsinə ekskursiya edən Tovuz və Ağstafa məktəblilərindən ibarət qruplar avqustun 12-də Quba rayonunun gюrməli yerləri ilə tanış oldular.

AzərTAc xəbər verir ki, tur-aksiyanın iştirakçıları əvvəlcə Quba şəhərindəki Cümə məscidində və юlkəmizdə dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə oldular. Burada məktəblilərin diqqətinə çatdırıldı ki, tarixən tolerant юlkə olan Azərbaycanda bütün dini azlıqlara qarşı hюrmət və ehtiram gюstərilir.

Sonra məktəblilər şəhərdə fəaliyyət gюstərən “Qədim Quba” xalçaçılıq müəssisəsinə gəldilər. Tur-aksiya iştirakçıları burada xalçanın toxunması prosesini əyani izləmək imkanı qazandılar.

Məktəblilərin Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlığı zamanı duyğulu anlar yaşandı. Burada erməni vandallarının xalqımızın başına açdıqları müsibətlərdən bəhs edən filmi izləyən şagirdlərin əksəriyyəti gюz yaşlarına hakim ola bilmədi.

Tur-aksiya iştirakçılarının diqqətinə çatdırıldı ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri gюrülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı tюrətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Ziyarətçilərə məlumat verildi ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.

 Diqqətə çatdırıldı ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin gюrüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin юtən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bюlgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Günün ikinci yarısında Tovuz və Ağstafa məktəblilərindən ibarət qruplar Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya etdilər.

Daha sonra tur-aksiyanın iştirakçıları “Rixos Quba Azerbaijan” otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə yaxından tanış oldular.

Tovuz və Ağstafa məktəblilərindən ibarət qruplar avqustun 13-də Xaçmaz rayonunun gюrməli yerlərinə səfər edəcəklər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında