Sədaqət VƏLİYEVA: “Türkyə prezident seçkilərini uğurla başa vurdu”

 

 

 

 Qardaş  Türkiyə avqustun 10-da daha bir tarixi gün yaşadı. Türkiyənin dövlətcilik tarixində  ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə prezident seçkiləri keçirildi.

2007-ci ildə baş tutmuş referendumun nəticələrinə əsasən, Türkiyə Prezidentini 2014-cü ildən parlament deyil xalq və əvvəlki 7 il əvəzinə 5 il müddətinə seçəcəkdir. Verilən qərara uyğun olaraq avqustun 10-da Türkiyədə prezident seçkiləri baş tutdu. Seçkilər səhər saat 08.00-dan 17.00-a kimi davam etdi. Türkiyənin seçki komissiyasının verdiyi məlumata görə seçkilərdə seçicilərin 74 faizi iştirak edib.

Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) xətti ilə seçkiləri müşahidəçi qismində izləyən millət vəkili Sədaqət Vəliyeva müxbirimizlə söhbətində bu barədə danışmışdır. O, qeyd etmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri Nizami Cəfərov və mən seçkiləri müşahidə etdik. Aparılmış bölgü əsasında Eldar İbrahimov İstanbulda, Nizami Cəfərov ilə mən isə Ankarada müşahidəçi missiyasını yerinə yetirdik.

Türkiyənin paytaxtı Ankara şəhərindəki 150-dən artıq seçki məntəqəsində olduğunu deyən Sədaqət xanım onu da bildirdi ki, seçkiləri azad və sərbəst şəkildə müşahidə etmək üçün bütün şərait yaradılmasına şahid olduq, müşahidə apardığımız məntəqələrdə qanun pozuntusuna rast gəlmədik. Vətəndaşların səsvermə  hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə ətraflı şəkildə tanış olduq.  Biz Ankaranın Çankaya, Keçiören, Yenimahalle, Altındağ bölgələrində olduq. Seçkilərdə apardığımız müşahidələr zamanı şahidi olduq ki, seçkilərin şəffaf və obyektiv keçməsi üçün lazımi şərait kifayət qədər yaradılıb. Bütün işlər beynəlxalq seçki standartlarına uyğun şəkildə hazırlanıb. Türkiyəli məsul şəxslər də deyib ki, builki seçki ölkədəki bütün xalqın iştirakı ilə reallaşan ilk prezident seçkisi olduğuna görə ölkənin bütün vətəndaşlarının səsvermə hüququndan istifadə edə bilməsi üçün bütün lazımi tədbirlər görülüb.

Səsverməyə aid bütün məsələlər qanunauyğun formada, təlimatlar əsasında aparılırdı. Türk qardaşlarımızın seçki fəallığı, təşkilatı məsələlərin olduqca nizamlı bir səviyyədə qurulması olduqca diqqətçəkən faktlardan idi. Səsvermə yaxşı təşkil olunmuşdu, eyni zamanda, seçicilərin fəallığı da yüksək idi. Müşahidə apardığımız məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlmədik. Müxtəlif partiyaları təmsil edən nümayəndələr tərəfindən şikayətlər də eşitmədik.

Eyni zamanda, ölkənin seçki qanunvericiliyinə əsasən beynəlxalq müşahidəçilər seçki prosesini sərbəst şəkildə müşahidə edə bilirdilər. Seçkiyə hazırlıq işləri bir ay əvvəldən başlanmışdı və bütün namizədlər seçki kampaniyalarını həyata keçirmələri üçün eyni hüquqlara sahib idilər. Namizədlərin seçki kampaniyaları ölkənin seçki qanunvericiliyi çərçivəsində icra edilib.Hər bir seçkidə olduğu kimi, orada da müəyyən texniki qüsurlar olub. Lakin bu, prosesin gedişatına heç bir mənfi təsir göstərməyib. Bütün səslər şəffaf şəkildə təyin olunmuş şəxslər tərəfindən sayılıb və elan olunub.

Qeyd edək ki, Türkiyə Cümhuriyyəti Ali Seçki Komissiyasının məlumatına görə, ölkədə 52 milyon 894 min 15 nəfər seçici var. Səsvermə ümumilikdə 165 min 108 seçki məntəqəsini əhatə edirdi. Türkiyədə keçirilən prezident seçkilərinin nəticələrinə əsasən, hazırkı Baş nazir Rəcəb Tayyib Ərdoğan 51,8 faiz səs toplayaraq ölkənin prezidenti seçilb.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında