Azərbaycanda qədim yaşayış məskəni aşkar olunmuşdur

 

 

Azərbaycanda eradan əvvəl I minilliyin əvvəllərinə aid yaşayış məskəni tapılmışdır. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyasının rəisi Nəsib Muxtarov bildirmişdir.

Onun sözlərinə görə, qədim yaşayış yeri və nekropol Şəkinin Cüyürlü meşəsinin ərazisində ağac əkmək üçün yer qazan zaman aşkar edilib: “Ərazidə aparılan ilkin arxeoloji araşdırmalar bu abidənin yaşının 3900-3800 il əvvələ, son tunc, ilk dəmir dövrünə aid olduğunu deməyə əsas verir. Qazıntılar zamanı çoxlu insan və heyvan skeletləri, mətbəx və süfrə qabları tapılır. Hələlik ərazinin mədəni qatı 70 sm təşkil edir. Qazıntılar təxminən 2 ay davam edəcək”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında