Əlizadə Anar Nadir oğlu

Respublikanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Anar Nadir oğlu Əlizadə vəfat etmişdir. Anar Əlizadə 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirmiş, 1978-ci ildə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 1986-cı ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi, 1990-cı ildə professor adı almışdır. 1974-cü ildə Qazın emalı və nəqli üzrə Ümumittifaq Elmi-Tədqiqat və Layihə İnstitutunda mühəndis vəzifəsində işə başlamış, 1978-1990-cı illərdə AMEA RMİ-nin nəzdindəki XKB-də baş konstruktor, 1990-2000-ci illərdə Bakı Dövlət Universitetinin nəzəri mexanika kafedrasının professoru vəzifələrində çalışmış, 2000-ci ildən Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru, 2010-cu ildən isə Azərbaycan Dövlət Dəniz Akademiyasının elm və beynəlxalq əlaqələr üzrə prorektoru və dəqiq elmlər kafedrasının professoru olmuşdur. 
A.Əlizadə AMEA-nın müxbir üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Beynəlxalq Mühəndislik Akademiyasının, Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, tətbiqi riyaziyyat və mexanika üzrə Alman Cəmiyyətinin (GAMM) üzvü, qrunt mexanikası və özüllərin tikintisi üzrə Azərbaycan Milli Komitəsinin üzvü idi.
Anar Əlizadə deformasiya olunan bərk cismin mexanikası və onun müxtəlif mühəndis məsələlərinə tətbiqi sahəsində görkəmli alim idi. Onun tərəfindən qeyri-bircins özlü-elastik konstruksiya elementlərinin limit vəziyyətini təyin etmək üçün qeyri-xətti dinamika və statika məsələlərinin variasiya prinsipi əsasında həllərinin tapılmasının effektiv üsulu işlənib hazırlanmışdır. Son illərdə onun korroziya aşınmasına aid tədqiqatları gəmilərin texniki istismar analizində geniş tətbiqini tapmışdır.
O, SSRİ Nazirlər Kabinetinin sifarişi ilə rulonlaşdırılmış boruların hesabatı üzrə tədqiqatlarda "LOMO" və "Enerqia" elm istehsalat birliklərində aparılan elmi-tədqiqat işlərində, dərin dəniz özülləri bloklarının qurulmasında və daşınmasında istifadə olunan normativ sənədlərin hazırlanmasında iştirak etmişdir.
A.Əlizadə respublikamızda və xaricdə nəşr olunan nüfuzlu elmi jurnallarda dərc olunmuş 100-dən çox elmi məqalənin maşınqayırma sahəsində 3 patentin müəllifi idi.
Fəaliyyət göstərdiyi illər ərzində yüksək məsuliyyət hissi, təşkilatçılıq qabiliyyəti ilə fərqlənən istedadlı alim Anar Əlizadənin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
Azərbaycan Dövlət Dəniz Akademiyasının kollektivi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında