Novruz şənliyi keçirilib

İnsanlara birlik,  mehribanlıq,  xeyirxahlıq hissləri  aşılayan   Novruz  bayramına əsrlər boyu milli  sərvət   kimi  yanaşılıb  və  hər il Azərbaycan  xalqı bu gözəl  bayramını böyük  ruh  yüksəkliyi və təntənə  ilə  qeyd edir.

{nl}

Novruz  bayramı  münasibətilə  ölkəmizin  hər yerində  kütləvi  el  şənlikləri  və  mərasimlər  keçirilir. Bayramla  əlaqədar  Bakının  Nərimanov  rayonunda  da şənlik  keçirilib.

{nl}

Nərimanov  parkında   keçirilən şənlikdə   tanınmış  müğənnilərin  və   musiqi   kollektivinin  ifasında   nəğmələr səsləndi.   Məktəblilərin  ifasında milli  rəqslər hamının  ürəyini  riqqətə  gətirdi. Tədbirdə  rayon  məktəbləri  şagirdlərinin  əl  işləri  və  rəsmlərindən  ibarət  sərgi  hamının  böyük   marağına  səbəb  oldu.  39  saylı   orta məktəbin  şagirdlərinin  Novruz  mövzusunda  hazırladıqıları  əl  işləri isə  öz  gözəlliyi  və  bitkinliyi ilə  xüsusilə  diqqəti  cəlb edirdi.  82, 36  saylı  və  digər  məktəblərin ekspozisiyaları  da baxımlı idi.  Uşaqların  hazırladıqları  bu işlər  onların böyük   yaradıcılıq fantaziyasından  və  qabiliyyətindən  xəbər verirdi.

{nl}

Maraqlı  və  rəngarəng   şənlik  hamıda  xoş ovqat,  əsil  Novruz  təəssüratı  və bayram əhval-ruhiyyəsi  yaratdı.

{nl}

{nl}

Ayaz HƏMİDOĞLU,  “Xalq  qəzeti”

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında