Ağstafa: bütün sahələrdə inkişaf var

2018-ci ilin birinci yarım ili ərzində Ağstafa rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair rayon icra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. Rayon icra hakimiyyətinin başçısı  Məhərrəm    Quliyev iclası giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasından geniş bəhs edib. Daha sonra rayon rəhbəri cari ilin birinci yarımilliyi ərzində Ağstafada  görülən işlərdən, əldə olunan nəaliyyətlərdən və qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, ümumi məhsul buraxılışının həcmi 7.7 faiz artmışdır. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 93.8 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 36.3 faiz artmış, nəqliyyat xidmətində 6.1 faiz, rabitə xidmətində 8.5 faiz, ticarət sahəsində 8.5 faiz artım olmuşdur. 2018-ci ilin birinci yarım ili ərzində Ağstafa rayonu İcra hakimiyyəti başçısının aparatına vətəndaşların 366 müraciəti daxil olmuş, rayon İcra hakimiyyəti tərəfindən 526 nəfər vətəndaş qəbul edilmiş, yerlərdə 18 səyyar qəbulları keçirilmiş, həmin görüşlərdə 1641 nəfər iştirak etmiş, 186 təklif irəli sürülmüşdür. Qaldırılan problem və təkliflərin 97-si həll olunmuş, 26-sının icrası davam etdirilir, 63 təklifin icrası növbəti aylarda nəzərdə tutulur.   

Rayon İcra hakimiyyəti başçısının müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev geniş məruzə ilə çıxışedib. Qeyd olunub ki, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5.9 faiz, pərakəndə əmtəə dövriyyəsi 4.6 faiz artmışdır. Rayon üzrə orta aylıq nominal əmək haqqı 11 faiz artaraq 273.30 manata çatdırılmışdır. Əsas kapitala yönəldilən investisiyaların həcmi 15.1 milyon manat olmuşdur. Ağstafa rayonu üzrə 2018-ci ilin birinci yarım ili ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda 602 nəfər işlə təmin olunmuşdur. Rayon üzrə işlə təmin olunanların (563 nəfər) 93,5 faizi daimi işlərdə çalışanlardır.       

Məsələlər ətrafında geniş müzakirələr aparılıb, aidiyyəti üzrə məsul şəxslərin arayışları dinlənilib. İclasda rayon elektrik şəbəkəsinin rəisi  Vasif İmamverdiyevin fəaliyyəti ciddi tənqid olunub. Bu müəssisənin rəhbərindən narazılıqlar çoxdur. Qeyd edək ki, tabeçiliyində olan işçilərin fəaliyyətinə nəzarəti təmin etmədiyi və əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə öhdəliyinin icrasına laqeyd münasibət göstərdiyi üçün o, baş idarənin "töhmət"ini alıb. Lakin yenə də işdə dönüş yaratmır, bir sıra qanunsuzluqlara yol verir.  Qərb RETSİ-nun xidməti ərazisində istehlakçıların elektrik enerjisindən istifadə qaydalarına əməl olunmur.

İclasda həmçinin iri ölçülü ekranda hazırda layihələndirmə işləri aparılan “Ağstafa Store”, Ağstafa Avtovağzal və Ağstafa Otel kompleksləri də daxil olmaqla yeni şəhərciyin slaydı nümayiş etdirilib. İcra hakimiyyətinin başçısı layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, Ağstafada icra olunacaq bu cür növbəti möhtəşəm layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağstafaya və ağstafalılara olan yüksək diqqət və qayğısının bariz nümunəsidir.

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında