Həyat yoldaşım tabel silahını döyüş silahı ilə əvəz etdi

Lökbatan qəsəbəsində yeni inşa edilmiş yaşayış kompleksində Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 35 mənzil təqdim olundu. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da iştirak edirdi.

Dövlət başçısı çıxış edərək dedi: “Son iyirmi il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil verilmişdir. Altı mindən çox minik maşını verilmişdir. Yəni, bu, dövlətin sizə olan qayğısının təzahürüdür və bu siyasət bu gün də davam etdirilir. Dediyim kimi, bu gün 35 mənzil verilir. Ancaq ilin sonuna qədər nəzərdə tutulan rəqəm əlavə 170 mənzil və fərdi evdir. Bununla belə, nəzərə alsaq ki, hələ də növbədə kifayət qədər insan var, - təqribən 4 minə yaxın insan növbədədir, -- mən əlavə vəsait ayıraraq bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm”.

Zivər Babayeva mənzil alan 12 şəhid ailəsindən biridir. (Mənzillərdən 23-ü müharibə əlillərinə ayrılıb.) Siyahıda adının olmasından çox həyəcanlıdir, sevinci ölçüyə gəlməzdir. Ondan fikirlərini bizimlə bölüşməsini xahiş etdik. Z. Babayeva dedi:

--Həyat yoldaşım Tahir Babayev DİN-in polis bölməsində işləyib. Hər ikimiz Salyandanıq. Amma Vətən darda olanda, hamı bir nəfər kimi, torpaqların müdafiəsinə qalxanda Tahir tabel silahını döyüş silahı ilə əvəzlədi. Füzuli rayonunda vuruşlarda iştirak etdi. 1994-cü ildə Şişqayada gedən döyüşlərdə canını Vətən uğrunda qurban verib ali şəhidlik zirvəsinə yüksəldi. İki körpə qızla qaldım. Çəkdiyim əziyyətlər barədə danışmaq istəmirəm. Çünki biz ötən illərdə həmişə dövlətin dəstəyini hiss etmişik. Qayğılarımız, uşaqların təhsili ilə bağlı problemlər heç vaxt diqqətdən kənarda qalmayıb.

Çox sevinirəm ki, bizim də geniş, işıqlı evimiz oldu. Daimi qaz, su və işıqla təchiz edilən mənzillər yüksək səviyyədə təmir olunub, bütün zəruri avadanlıq, o cümlədən mətbəx mebeli quraşdırılıb. Bundan başqa, mənzillərdə kombi sistemi də qurulub. İnanıram ki, Tahirin ruhu da sevinir.

Bizi bu gün buraya toplayıb sevindirən Prezidentimizə, onun xanımına ailəm adından təşəkkür edirəm. Qoy Allah dövlət başçımıza torpaqların azad edilməsi ilə bağlı gördüyü işlərdə ona yardımçı olsun. Onda şəhidlərimizin ruhu da sevinər.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”  

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında