Diaspor gənclərinin 1-ci Yay düşərgəsi başlayır

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun birgə təşkilatşılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” münasibətilə “Diaspor gənclərinin 1-ci Yay düşərgəsi” keçirilir. Düşərgədə iştirak edəcək gənclərin seçimi artıq yekunlaşıb. Seçimin nəticələri ilə bağlı iştirakçılara məlumat verilib.  Bu barədə komitədən məlumat verilib.

Düşərgədə iştirak etmək üçün 50-yə yaxın ölkədən yüzlərlə müraciət daxil olmuşdu. Düşərgəyə gəlmək hüququ qazanan gənclərimizlə yenidən əlaqə saxlanılacaq və onlara əlavə məlumatlar veriləcək. “Diaspor gənclərinin 1-ci Yay düşərgəsi”ndə iştirak edə bilməyən gənclərimizə uğurlar arzu edirik və növbəti tədbirlərdə görüşəcəyimizə ümid edirik. İstər düşərgə ilə bağlı, istərsə də diaspor fəaliyyətilə əlaqədar istənilən məlumatı Komitənin rəsmi saytından və sosial şəbəkələrdəki hesablardan əldə etmək olar.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında