100 nəfər əlilliyi olan şəxs istirahət mərkəzlərinə göndərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, daha 100 nəfər əlilliyi olan şəxsi Quba və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə yola salınan əlilliyi olan şəxslərdən 60 nəfəri Quba, 40 nəfəri Xaçmaz (Nabran) rayonundakı istirahət mərkəzlərinə yola salınıb.  

Proqrama uyğun olaraq, cari ilin yaz-yay mövsümündə 900-dən çox əlilliyi olan şəxsin Lənkəran, Quba və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərində istirahəti təşkil olunub.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında