Qax: daxili imkanlar səfərbər edilir

2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon toplantısına təqdim edilən hesabat məruzəsi rəqəmlər və faktlarla zəngin idi. Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev qeyd etdi ki, 2018-ci ilin birinci yarısında Qaxda da bir sıra işlər görülüb və məqsədyönlü tədbirlər həyata keçrilib. Belə ki, ilin birinci yarısında rayon üzrə məhsulun ümumi buraxılışı 67 milyon 433 min manat olub ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən 37, 9 faiz çoxdur. 
 
İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının tərkibində sənaye məhsulu 4 milyon 733 min manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox, kənd təsərrüfatı məhsulu istehsalı 17 milyon 948 min manat və ya 4,5 faiz , tikintidə 22 milyon 478 min manat və ya 2,7 dəfə, nəqliyyatda 1 milyon 117 min manat və ya 2,1 faiz, rabitədə 530 min manat və ya 6,4 faiz, ticarətdə 20 milyon 627 min manat və ya 37,9 faiz çox olub. Əhalinin gəlirləri 56 milyon 740 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 128 min manat çoxdur. 
Qeyd edildi ki, rayonda sahibkarlığın inkişafı və əhalinin məşğulluğunun artırılması və yeni iş yerlərinin yaradılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 6 layihə üzrə 2 milyon 130 min manat güzəştli şərtlərlə kreditlərin verilməsi təmin olunub. Cari ilin altı ayı ərzində rayonda daimi olmaqla 371 yeni iş yeri açılıb. Orta aylıq əmək haqqı 245,4 manat olub ki, bu da ötən ilin müvafiq dövründəkindən çoxdur. 
Qax üçün ənənəvi istehsal sahələri olan tütünçülüyün və baramaçılığın daha da inkişaf etdirilməsinə xüsüsi diqqət yetirilərək, cari təsərrüfat ilində ötən illə müqayisədə 17,7 hektar çox olmaqla 623,5 hektar sahədə tütün əkini aparılıb, 90 tondan çox yaşıl tütün yarpağı tədarük olunub. Ötən illə müqayisədə cari ildə 12,8 ton çox olmaqla 25,3 ton yüksək keyfiyyətli barama istehsal olunub. Təhvil verilmiş baramanın hər kiloqramına 4 manat olmaqla, kümçülərə 96 min 146 manat vəsaitin verilməsi təmin olunub, 119 min 635 manat məbləğində subsudiyanın verilməsi üçün müvafiq sənədlər Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilib. 
Rayonda yaradılmış Aqropark ərazisində cari iln 6 ayında 357 hektar sahədə müxtəlif növ meyvə bağları salınıb, 500 tonluq su hovuzunun və 50 min kubmetrlik su anbarının, 3 ədəd hər biri 1500 tonluq taxıl bunkerlərinin tikintisi, pivot və damcılı suvarma sistemlərinin quraşdırılması başa çatdırılıb, 5,5 kilometr uzunluğunda elektrik xətti çəkilib. Bir ədəd nasos stansiyası inşa olunub, 2 ədəd nasos stansiyasının və idarəetmə mərkəzinin tikintisi hazırda davam etdirilir. Aqroparkın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 8 ədəd müxtəlif markalı kənd təsərrüfatı texnikası alınıb. Hazırda Aqropark ərazisində dairəvi suvarma sisteminin 2-ci mərhələsinin çəkilişi aparılır. 
 Azərbaycan Respublikası Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 12 mart 2018-ci il tarixli sərəncamına uyğun olaraq, cari ildə rayonun 13 yaşayış məntəqəsində artezian quyularının qazılması nəzərdə tutulur. İlin birinci yarısında Almalı, Oncallı, Qaratala, Cəlayir, Tasmalı, Qorağan, Qaxbaş, Meşəbaş, Əmbərçay kəndlərində və Qax şəhərində artezian quyuları qazılıb. Digər 3 yaşayış məntəqəsində – Zərnə, Qaradolaq və Qaşqaçay kəndlərində artezian quyularının qazılması istiqamətində hazırda müvafiq işlər həyata keçirilir. 
Yolların əsaslı təmiri və abadlıq işlərinin görülməsi ilə bağlı büdcədə nəzərdə tutulmuş vəsait hesabına şəhərin Ü.Hacıbəyov, İ.Qabulov, Ə.Cavad, S.Qazıyeva, M.Rahim, C.Məmmədquluzadə küçələrində yol və səkilərin, Zərnə kəndində isə giriş yolunun təmiri işlərinə başlanılıb.
 Tikinti-quruculuq işləri barədə danışan natiq əlavə etdi ki, İlisu kəndində 3 ulduzlu otelin və 65 yerlik başqa bir otelin, Ağçay kəndində “Bergs” otelində yeni korpusun, Baydarlı kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evinin tikintisində son tamamlama işləri aparılıb, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun yenidən qurulması, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinin inzibati binasının, Qaradolaq, Qarabaldır, Qapıçay və Əmircan kəndlərində modul tipli məktəblərin tikintisi, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, Qax şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilib. İlk yarımildə 48 ədəd fərdi yaşayış evi və 9 ədəd sahibkarlıq obyekti olmaqla, ümumilikdə 57 fərdi tikinti aparılıb.
Qax telekommunikasiya qovşağı tərəfindən rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə 5 ədəd yeni internet avadanlığı quraşdırılıb.
 Qax Su – Kanal İdarəsi tərəfindən hesabat dövründə 5621 abonent olmaqla 14009 nəfər içməli su ilə təmin olunub. İdarə tərəfindən xidmət göstərilməsi məqsədilə 14 büdcə, 18 respublika, 174 kommersiya və 35 sənaye təşkilatı ilə müqavilə bağlanılıb və 319 ədəd su sayğacı quraşdırılmaqla rayon üzrə quraşdırılmış su sayğaclarının ümumi sayı 4818-ə çatdırılıb. 
Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qax sahəsi tərəfindən hesabat dövründə qaz itkilərinin, qaz xətlərinə qanunsuz qoşulma və müdaxilə hallarının qarşısının alınması üçün qaz sayğaclarının əvəzlənməsi, küçə xətlərinə çıxarılması işi davam etdirilib. Müddət ərzində 53 mənzilə qaz çəkilişi aparılıb, əhali abonentlərinin sayı 9832-yə çatdırılıb. 
 Elektrik şəbəkəsi tərəfindən cari ilin altı ayı ərzində 22 ədəd transformator yarım­stansiyası təmir olunub, 4 ədəd yeni ayrıcı quraşdırılıb, 93 ədəd 10 kV-luq, 145 ədəd 0,4 kV-luq dayaq dəyişdirilib. 2300 metr uzunluğunda yeni naqillər çəkilib, elektrik xətlərinin mühafizə zonasının 46 kilometr hissəsi təmizlənib, 78 ədəd yeni sayğac quraşdırılıb, 1556 ədəd sayğac isə yenisi ilə əvəz olunub. 
Musa Şəkiliyev sonda qeyd etdi ki, qaxlılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində nəzərdə tutulmuş işləri daxili imkanlar hesabına yüksək səviyyədə yerinə yetirmək əzmindədirlər.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında