İtaliya hökuməti onlayn ticarət üçün vergi tətbiq etməyə hazırlaşır

“Euronews”un məlumatına görə, İtaliya Senatının büdcə komitəsi bir sıra onlayn satış əməliyyatları üçün vergi tətbiq olunması təklifini qəbul edib.

Mənbə yazır ki, 2018-ci il üzrə dövlət büdcəsinə dəyişiklik barədə qanun layihəsinə daxil olan bu təklifdə göstərilir ki, axtarış sistemləri və sosial şəbəkələr kimi iri onlayn platformalar vasitəsilə xidmətlər əldə edən şirkətlər və fiziki şəxslər məbləğin altı faizini tutaraq həmin vəsaiti İtaliyanın vergi orqanına köçürməlidirlər.

Təklif edilən vergi “Google” və “Facebook” kimi iri internet şirkətlərindən vergi yığımının artırılmasına yönəldilib və bu addımın atılması büdcəyə ildə 114 milyon avro əlavə gəlir daxil olmasına şərait yaradacaq. Kiçik müəssisələr qəbilindən olan müəyyən vergiödəyiciləri, eləcə də əməliyyatının məbləği 30 avrodan az olan fiziki şəxslər bu verginin yığılmasından azad ediləcəklər.

İlin sonuna qədər parlament tərəfindən təsdiq ediləcəyi təqdirdə, qanunun qüvvəyə minməsi 2019-cu ilin əvvəlinə gözlənilir. Hökumət avqust ayına qədər tədbirlərin ümumi həcmini dəqiqləşdirmək niyyətindədir.

Elçin ABBASOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında