Qəzalı binalarda məskunlaşmış məcburi köçkünlərlə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu sahədə tədbirlər həyata keçirməkdə  davam edir.
 
Dövlət komitəsinin sədri Rövşən Rzayev Suraxanı rayonunun müxtəlif ərazilərində yerləşən 3 qəzalı binada məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların məskunlaşma vəziyyəti və yaşayış şəraiti ilə tanış olub.  Bu barədə komitədən məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasovun da iştirak etdiyi  görüşdə bildirilib ki, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Onların sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminat məsələləri ilə bağlı tədbirlər həyata keçirilir. Qeyd edilib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva paytaxtda ən qəzalı, ən ağır vəziyyətdə olan binalarda yaşayan məcburi köçkün ailələrinin yeni binalara köçürülməsi barədə tapşırıq verib və bu tapşırığın icrası istiqamətində məqsədyönlü iş aparılır.
Dövlət komitəsinin sədri Suraxanı rayonunda qəzalı binalarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərini dinləyib, suallar cavablandırılıb. 
Görüşdə iştirak edən məcburi köçkünlərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. 
Digər şəhər və rayonlarda da bu cür görüşlərin keçirilməsi nəzərdə tutulub. 
Ü.VAHİDQIZI,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında