Yevlaxda 100-ə yaxın sakinə əmlaka dair çıxarışlar təqdim olunub

Daşınmaz əmlaka dair çıxarış almaq üçün məkanı dəyişməyə, zamanı planlaşdırmağa ehtiyac qalmır. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyulun 16-dan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni sosial kampaniyaya start verib.

Komitədən verilən məlumata görə, Abşeron rayonunun Ceyranbatan qəsəbəsində reallaşan ilk belə sosial layihənin növbəti ünvanı Saray qəsəbəsi olacaq. 23-27 iyul tarixlərində qəsəbənin V.Axundov küçəsi, 28 ünvanında reallaşacaq kampaniya zamanı ərazi sakinlərinin səyyar qaydada bütün növ daşınmaz əmlak üzrə qeydiyyat xidmətlərindən yararlanmaq imkanı var.

Müxtəlif ərazilərdə əhalini kütləvi formada çıxarışlarla təmin edən digər bir sosial layihə növbəti dəfə iyulun 20-də reallaşdı. Bu dəfə xidmətləri vətəndaşın olduğu məkanda göstərən mobil ofislərin ünvanı Yevlax rayonu oldu. Kampaniya zamanı rayonun Nərimanabad, Səmədabad və Bünyadabad kəndlərinin sakinləri daşınmaz əmlak xidmətlərindən yararlanıblar. Birbaşa yaşayış ünvanlarına gətirilən, əlçatanlıq amilini özündə əks etdirən qeydiyyat prosesindən 150-yə yaxın sakin istifadə edib. Rayonda baş tutan layihə çərçivəsində mobil ofislərdə 100-ə yaxın sakinə əmlaka dair çıxarışlar təqdim olunub.

Bunlardan 60-a yaxını Nərimanabad, 20-yə yaxını Bünyadabad, 10-dan çoxu isə Səmədabad kəndinə aid olub. Verilən çıxarışların əksəriyyətini kənd təsərrüfatı torpaqları, fərdi yaşayış evləri, həyətyanı torpaqlar təşkil edib. Kampaniya zamanı 50-yə yaxın rayon sakinindən çıxarışın hazır olunacağı vaxt bildirilməklə ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib.

Çıxarış veriləcək əmlakların müayinəsi, çöl-ölçmə işləri, texniki plan-ölçülərinin müəyyən olunması mobil ofislərdə yaradılan şərait nəticəsində reallaşıb. Yevlax rayonunda sakinlərə daşınmaz əmlakla bağlı qeydiyyat xidmətləri ilə bərabər, bu sahədə bir sıra hüquqi xidmətlər də göstərilib. Daşınmaz əmlakla bağlı prosedurlar, tələb olunan sənədlər barədə vətəndaşları maraqlandıran suallar komitə əməkdaşları tərəfindən cavablandırılıb. Eləcə də, müasir texniki imkanlardan istifadə edərək vətəndaşlara göstərilən yeni innovativ xidmətlər barədə rayon sakinləri məlumatlandırılıb. Qeyd edilib ki, vətəndaşlar çıxarışlarını 1 iş günü müddətində də ala bilirlər.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında