İranın nümayəndə heyəti ilə görüş

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının səhiyyə, müalicə və tibbi təhsil naziri doktor Seyid Həsən Qazizadə Haşeminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və İran arasında qədim tarixə malik əlaqələrin bu gün yüksək səviyyədə olduğunu vurğulayıb. O bildirib ki, əlilliyi olan şəxslərin sağlamlığının bərpası, onların peşə və sosial reabilitasiyası Azərbaycanda aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. Hazırda nazirliyin respublikanın bütün bölgələrini əhatə edən bərpa mərkəzləri şəbəkəsi fəaliyyət göstərir. Hazırda BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sının tələblərinə uyğun olaraq əliliyi olan şəxslərin reabilitasiyasında sosial modelin tətbiqi prinsipləri əsasında “Fərdi reabilitasiya proqramın”ın hazırlanması işləri davam etdirilir.

 Nazir bu sahədə İranla əməkdaşlıq müstəvisində fəal təcrübə mübadilələrinin hər iki tərəf üçün faydalı ola biləcəyini vurğulayıb. S.Babayev, eyni zamanda, tibbi-sosial reabilitasiya sahəsində yüksək səviyyəli kadr potensialının formalaşdırılması üzrə qarşılıqlı təcrübə mübadiləsi aparılmasının önəmini diqqətə çatdırıb.

S.H.Qazizadə ölkəsi ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafının məmnunluq doğurduğunu vurğulayıb. O, İranda səhiyyənin, reabilitasiya sisteminin inkişafı sahəsində görülən işlər barədə məlumat verib. S.H.Qazizadə tibbi-sosial reabilitasiya sisteminin səmərəli təşkili, əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpası sahəsində ikitərəfli əməkdaşlığa hazır olduqlarını qeyd edib.

Görüşün sonunda xatirə hədiyyəsi olaraq S.H.Qazizadəyə əlilliyi olan şəxslər tərəfindən hazırlanmış əl işi hədiyyə edilib.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında