“Sağlam nəsil – sağlam gələcək”

İyulun 11-də “Sağlamlığın Qorunması” İctimai Birliyi Gədəbəy rayonunun Samanlıq kəndindəki Aşıqlar evində şəhid ailələrinə həsr olunan “Sağlam nəsil – sağlam gələcək” adlı tədbir keçirib. 
 
 “Paytaxt Bakıdan fərqli olaraq Azərbaycanın ucqar rayon və şəhərlərində keçirilən tədbirlərin bir xüsusi əhəmiyyəti var. Orada insanlar gözdən-könüldən uzaq olur, diqqət və qayğıya daha çox ehtiyac duyurlar. “Sağlamlığın Qorunması” İctimai Birliyi də elə bu məqsədlə şəhid ailələrinə həsr olunan “Sağlam nəsil – sağlam gələcək” adlı konfransı məhz Gədəbəy rayonunda təşkil etdi. Ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra konfransımıza başladıq”. –Bu fikirləri “Sağlamlığın Qorunması” İctimai Birliyinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib. 
Qeyd edək ki, o, konfransda “Korluğun qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi” mövzusunda çıxış edib. O, üzünü sakinlərə tutaraq, gözləri korluq səviyyəsinə çatdırmamaq üçün vaxtaşırı profilaktik tədbirlərə əməl etməyin, hər hansı problem hiss edən kimi, oftalmoloqun məsləhəti ilə müayinədən keçməyin vacibliyini bildirib. Eyni zamanda, o, doğma yurdun gözəlliyindən, təmiz, saf dağ havası kimi insanlarının da məğrur, mehriban və qonaqpərvər olmalarından duyğulandığını bildirib. 
Konfransda həmçinin, “Öd daşı xəstəliklərində maddələr mübadiləsi prosesinin pozulması”, “Reproduktiv sağlamlığın qorunması” və digər mövzular müzakirə edilib. 
Milli Məclisin deputatları Qənirə Paşayeva və Sevinc Hüseynova, həkimlər – tibb üzrə fəlsəfə doktorları – Kəmalə Talışınski və Müşfiq Həsənov, şəhid ailələri üzvlərinin, Gədəbəy sakinlərinin iştirak etdikləri tədbirdə məruzə edilən mövzularla bağlı yaranan suallara aydınlıq gətiriblər. 
Konfrans iştirakçıları arasında ailədə harmonik münasibət, yardım, qarşılıqlı kömək və sağlamlıq vərdişlərinin uşaqların inkişafında böyük rol oynaması və s. kimi məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında