Qəbələ rayonunda regional müşavirə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Qəbələdə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Mingəçevir, Naftalan, Yevlax, Bərdə rayonlarındakı şöbələrinin əməkdaşlarının iştirakı ilə regional müşavirə keçirib.

Müşavirədə fondun fəaliyyət istiqamətləri üzrə görülən işlər, sosial təminat növlərinin təyinatı üzrə əhaliyə göstərilən xidmətin vəziyyəti ətraflı müzakirə edilib. Fondun direktor müavini Cavid Abdullayev sosial sığorta daxilolmaları üzrə həmin rayonlarda əldə olunan nəticələri, bu sahədə ayrı-ayrı şöbələrin büdcə proqnozlarını yerinə yetirmədiklərini, sosial sığorta edənlərlə işin təşkilində, sosial təminat növlərinin təyinatı sahəsində əhaliyə xidmətlərdə yol verilən nöqsanları diqqətə çatdırıb.

Müşavirədə rayon şöbələrinin hər birinin fəaliyyəti ayrı-ayrılıqda təhlil olunub. Sosial sığorta münasibətlərinin sığorta-pensiya sisteminin tələblərinə uyğun və tam şəffaf qurulması, bu sahədə fiziki və hüquqi şəxslərlə işin düzgün təşkili ilə bağlı müşavirə iştirakçılarına təlimatlar verilib. Sosial təminat növlərinin təyinatı zamanı süründürməçilik, vətəndaşların müraciətlərinin cavablandırılmasının gecikdirilməsi hallarına yol verən şöbələrin fəaliyyəti tənqid olunub. Mövcud olan nöqsan və çatışmazlıqların qısa müddətdə aradan qaldırılması tapşırılıb.

Sosial sığorta daxilolmalarında əhəmiyyətli artımların təmin edilməsi və sosial sığorta daxilolmaları üzrə büdcə proqnozlarına əməl olunması üçün zəruri tədbirlərin görülməsi, vətəndaşlarla münasibətlərdə etik davranış qaydalarının rəhbər tutulması, müraciətlərin vaxtında, tam və dolğun şəkildə cavablandırılması və s. barədə tapşırıqlar verilib.

 

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında