Padar-Sabirabad avtomobil yolu yenidən qurulub

Şamaxı-Çöl Göylər-Padar-Sabirabad avtomobil yolunun Padar-Sabirabad hissəsi əsaslı şəkildə yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, 3-cü texniki dərəcəli olan Şamaxı-Çöl Göylər-Padar-Sabirabad avtomobil yolunun Padar-Sabirabad hissəsinin uzunluğu 26 kilometrdir. Sözügedən hissə müasir görkəmdə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.

Padar-Sabirabad avtomobil yolunun asfalt-beton örtüyü aşınmaya, torpaq yatağı təbii hava şəraiti və ağır texnikaların hərəkəti altında dağılmaya məruz qalmışdı, uzun müddət ərzində təmir olunmadığından yol boyu çalalar əmələ gəlmişdi ki, bunun da nəticəsində örtük dağılmaqda davam edirdi, yağış sularının axıdılması üçün maililiklər normaya uyğun deyildi və bəzi yerlərdə çökmələr-deformasiyalar yaranmışdı.

Bunların aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən torpaq yatağının qazılıb çıxarılması və əvəzinə karxanadan yararlı materialın tökülərək kipləşdirilməsi, ardınca isə asfalt-beton örtüyünün tikintisi işləri həyata keçirilib.

Qeyd edək ki, Padar-Sabirabad avtomobil yolunun iki magistral yolu, Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi və Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yollarını birləşdirməklə tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında mühüm rolu var.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında