Son bir ayda 142 -- “Çağrı mərkəzi” tərəfindən 12,1 mindən çox müraciət cavablandırılıb

Cari ilin iyun ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - “Çağrı mərkəzi”nə vətəndaşlar tərəfindən 12111 müraciət daxil olub.

Müraciətlər sosial təminat, tibbi-sosial reabilitasiya, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma, əmək qanunvericiliyinə əməl olunması, sığorta-pensiya sistemi, bu sahələr üzrə elektron xidmətlərdən istifadə və s. məsələlərlə bağlı olub. Onlardan 96 faizə qədərini  sorğu xarakterli müraciətlər təşkil edib.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, sorğuların hər biri nazirliyin aidiyyəti sahələr üzrə mütəxəssisləri tərəfindən operativ və ətraflı cavablandırılıb. Araşdırılması tələb olunan müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrində baxılıb və müvafiq tədbirlər görülüb. 

SMS-məlumatlandırma xidməti də davam etdirilərək, ötən ay vətəndaşların aidiyyəti məsələlər üzrə məlumatlandırılması məqsədilə 34611 SMS göndərilib.  

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında