Amerika Ticarət Palatası ilə əməkdaşlıq istiqamətləri müzakirə edilib

 “Əmək və məşğulluq sahəsində dövlət siyasətinin icrası, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, eyni zamanda, qeyri-rəsmi məşğulluğun qarşısının alınması işlərində sahibkarlarla daha fəal əməkdaşlıq müstəvisi qurmaq əsas hədəflərimizdən biridir.” Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə keçirilən görüşdə bildirib.

Əmək hüquqlarının təminatı, habelə qeyri-formal məşğulluğun qarşısının alınması yönündə görülən tədbirləri diqqətə çatdıran nazir “AmCham Azərbaycan”la bu sahədə, ümumən işçilərin sosial sığorta sistemində iştirak səviyyəsinin artırılması məqsədilə fəal əməkdaşlığın həyata keçirilməsinin faydalı ola biləcəyini deyib. O bildirib ki, məşğulluq xidmətlərinin keyfiyyətinin artırılmasında işəgötürənlərlə işin düzgün və məqsədyönlü təşkili vacib şərtlərdən biridir. İşəgötürənlər, o cümlədən “AmCham Azərbaycan”da təmsil olunan şirkətlər tərəfindən məşğulluq orqanlarına vakansiyalar təqdim olunarkən işçi qüvvəsinə olan tələblər ətraflı şəkildə qeyd olunmalıdır. Hazırda məşğulluq xidmətləri üzrə portalın yaradılması nəzərdə tutulur ki, bu portalda şirkətlər təkcə vakansiyaları deyil, qeyd olunan məlumatları da yerləşdirə biləcəklər.

Nazir ümumən korporativ sosial məsuliyyət prinsipi çərçivəsində aktiv əmək bazarı proqramlarının hazırlanması və icrasında sistemli əməkdaşlığın mümkün olduğunu, “AmCham Azərbaycan”ın öz dəstəyini verə biləcəyini qeyd edib. Eyni zamanda, sosial sığorta, isşzilik sığortası barədə şirkətlər arasında geniş maarifləndirmə işlərinin aparılması sahəsində də  palata ilə əməkdaşlığın həyata keçirilməsinin önəmini vurğulayıb.

“AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov ƏƏSMN-nin fəaliyyət istiqamətlərində aparılan islahatları, əmək bazarının qanunvericilik aktları əsasında tənzimlənməsi üçün görülən işləri maraqla izlədiklərini qeyd edib. O nazirliklə sıx əməkdaşlıqdan məmnun olduqlarını, bu əməkdaşlığın əmək qanunvericiliyinin təkmilləşdirilməsi işlərini də əhatə etdiyini  bildirib.

   Görüşdə  ƏƏSMN fəaliyyət sahələrində aparılan islahatlar, əmək bazarının tənzimlənməsi, biznes qurumlarında əmək qanunvericiliyinin tətbiqi sahəsində görülən işlərə dair qarşılıqlı məlumat mübadiləsi aparılıb.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında