Gənclərin məşğulluğunun təşviqi üzrə aktiv əmək bazarı siyasətləri

Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış “2016--2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi məqsədilə 4-cü təlim kursuna başlanılıb.

“Gənclərin məşğulluğunun təşviqi üzrə aktiv əmək bazarı siyasətləri” mövzusuna həsr olunan və 4 gün davam edəcək kursun açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev, Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, Litvanın sosial təminat və əmək nazirinin müavini Eqle Radisauskiene, BƏT-in baş mütəxəssisi Mixail Puşkin, BMT İnkişaf Proqramının qrup rəhbəri Corc Buma iştirak edib.

S.Babayev əhalinin səmərəli məşğulluğuna yönəlik tədbirlərin gücləndirilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu və bu sahədə dövlət məşğulluq orqanları qarşısında mühüm vəzifələr dayandığını vurğulayıb. Bildirib ki, aparılan islahatların bir istiqaməti məşğulluq xidmətlərinin beynəlxalq standartlara uyğun yanaşmalar əsasında təkmilləşməsinə yönəlib. İşsiz və işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasında məşğulluq orqanlarının daha effektiv alətlərdən istifadəyə əsaslanan səmərəli fəaliyyət mexanizminin, müasir iş modelinin qurulması üçün aparılan islahatlarda “2016--2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” da yeni imkanlar yaradıb.

Digər sahələrdə olduğu kimi, bu sahədə də BƏT tərəfindən fəal dəstəyin göstərildiyini qeyd edən S.Babayev hazırda başlanan yeni təlim kursunun gənclərin məşğulluğunun təşviqi, bununla bağlı aktiv əmək bazarı siyasətləri üzrə əməkdaşların bilik səviyyəsinin artırılması, eləcə də ayrı-ayrı ölkələrin müvafiq sahədə təcrübələri ilə tanışlıq imkanı qazanmaları, təcrübə və fikir mübadiləsinin aparılması baxımından önəmini diqqətə çatdırıb.

Tədbirdə M.Musayev, İ.Əliyev, E.Radisauskiene, M.Puşkin, C.Buma çıxış edərək, belə təlim kurslarının əhəmiyyətindən bəhs ediblər. Sonra BƏT-in “MDB-də Gənclərin Məşğulluğu üzrə Tərəfdaşlıq” layihəsinin rəhbəri Ramiro Pizarronun “Gənclərin məşğulluğunu dəstəkləyən makroiqtisadi yanaşma və əmək bazarı siyasətləri” mövzusunda təqdimatı olub.

Panel müzakirələr formatında davam edən kursun gündəliyinə beynəlxalq və yerli mütəxəssislər tərəfindən müxtəlif mövzularda təqdimatlar, fəaliyyət planlarının hazırlanması daxildir.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında