60 nəfər insan alveri qurbanına müxtəlif növ yardımlar göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət  Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ilin ilk yarımilində 76 nəfərə yardım göstərib.

Onlardan 60 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanları olub. Qalan 16 nəfəri isə insan alverinin potensial qurbanları (insan alveri qurbanına çevrilmək riski ilə üzləşən insanlar) təşkil edib.

İnsan alveri qurbanlarının cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə sosial reabilitasiya yönümlü tədbirlər həyata keçirilib. Həmin insanların, habelə insan alverinin potensial qurbanlarının bir çoxuna ehtiyacları nəzərə alınmaqla eyni vaxtda bir neçə növ yardımlar göstərilib. 36 nəfər hüquqi, 27 nəfər tibbi, 38 nəfər psixoloji yardımla təmin edilib, 12 nəfər Gəncə şəhərindəki “Təmas” Regional İnkişaf İB-nin sosial sığınacağına yerləşdirilib. 2 nəfərin məşğulluğuna, 8 nəfərin peşə hazırlığına cəlb olunmasına köməklik üçün nazirlik yanında Dövlət Məşğulluq Xidməti ilə birgə işlər aparılıb. Bir nəfərin övladı uşaq bağçasına yerləşdirilib, bir nəfərin isə müalicəsi üçün zəruri dərman pereparatları alınıb.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsimdən bildiriblər ki, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014--2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, ölkənin müxtəlif bölgələrində “İnsan alverinə “Yox!” deyək”, “Xilas olan insan alveri qurbanlarına psixoloji yardım” mövzularında maarifləndirmə tədbirləri keçirilib.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında