Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Moskva Ofisinin direktor müavini xanım Xulud Əl Xaldinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazir Sahil Babayev Azərbaycanda fəal və məqsədyönlü dövlət siyasətinin aparıldığını bildirib. O, qeyri-neft sektorunun sürətli inkişafı şəritində yeni iş yerlərinin açılmasının daimi prosesə çevrildiyini, işsizliyin azaldığını, əmək bazarında sabitliyə nail olunduğunu qeyd edib.

Ötən dövrdə BƏT-lə səmərəli əməkdaşlıq təcrübəsinin formalaşdığını bildirən S.Babayev diqqətə çatdırıb ki, “2016--2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” əməkdaşlıq müstəvisində birgə tədbirlərin ardıcıl və sistemli təşkili layiqli əməyin təbliği baxımından xüsusi önəm kəsb edir.

 BƏT-lə birgə icra olunmuş “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək”, “Gənclərin məşğulluğu--öz biznesinə başla” layihələrinin əhəmiyyətini qeyd edən nazir özünüməşğulluq Proqramının icrası, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, Dövlət Məşğulluq Xidmətinin potensialının artırılması, əmək müfəttişliyi sisteminin təkmilləşdirilməsi və s. işlərə BƏT tərəfindən göstərilən davamlı dəstəyi yüksək dəyərləndirib.

S.Babayev sosial yardım alan ailələrin potensialı müqabilində özünüməşğulluq proqramı ilə əhatə olunmasının təkmil mexanizminin qurulması, nazirliyin fəaliyyət istiqamətləri üzrə xidmətlərin vahid pəncərə prinsipi üzrə təşkil edilməsi sahəsində işlərin aparıldığını bildirib. Nazir həmçinin Məşğulluq Strategiyası layihəsi üzrə Fəaliyyət Planının hazırlanmasının nəzərdə tutulduğunu qeyd edib. S.Babayev BƏT-lə əməkdaşlığın qeyri-rəsmi məşğulluğun miqyasının qiymətləndirilməsi, orta və uzunmüddətli demoqrafik təhlillərin aparılması və digər sahələri də əhatə etməsinin əhəmiyyətli ola biləcəyini vurğulayıb.

Xanım X. Əl Xaldi Azərbaycanda milli inkişaf prioritetlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluq təşkil etməsinin, bu prioritetlərin hər biri üzrə müvafiq proqramlar əsasında konkret nəticələrə yönələn tədbirlərin həyata keçirilməsinin, o cümlədən əhalinin səmərəli məşğulluğunun təminatı sahəsində əldə olunan irəliləyişlərin təqdirəlayiq olduğunu qeyd edib.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında