Dövlət Sosial Müdafiə Fondu regional müşavirə keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) sığorta-pensiya sisteminin cari fəaliyyətinə dair məsələlərin müzakirəsi və gələcək fəaliyyət istiqamətləri üzrə yerli qurumların təlimatlandırılması, aidiyyəti izahat işlərinin aparılması üçün regional müşavirələrə başlayıb.

İlk müşavirə Quba rayonunda fondun Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan  rayon şöbələrinin əməkdaşlarının iştirakı ilə keçirilib.

DSMF-nun direktor müavini Səfər Mehdiyev fondun fəaliyyət sahələrində iş mexanizmlərinin təkmilləşdirilməsinin və sosial ədalət prinsipinin tam təmin edilməsinin qarşıda duran əsas istiqamətlərindən olduğunu diqqətə çatdırıb.

Müşavirədə fondun Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan  rayon şöbələrinin fəaliyyətinin nəticələri, sosial sığorta daxilolmaları üzrə büdcə proqnozlarına əməl olunması, sığortaedənlərlə işin təşkili, əhaliyə göstərilən xidmətlərin vəziyyəti ətraflı müzakirə olunub. Bu sahədə rast gəlinən nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, vətəndaşlarla münasibətlərdə etik davranış qaydalarının rəhbər tutulması, müraciətlərinin vaxtında, tam və dolğun şəkildə cavablandırılması tapşırılıb.

Həmçinin pensiya qanunvericiliyindəki yeni dəyişikliklərin tətbiqi sahəsində aparılan işlər nəzərdən keçirilib, yerli qurumların fəaliyyəti müzakirə olunub. “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verilib, izahatlar aparılıb.

 

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında