DMX tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri təşkil edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbirini Bakı Biznes Universitetində təşkil edib.

Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, universitetin rəhbərliyi ilə birgə, ölkəmizdə səfərdə olan Litva Respublikasının sosial təhlükəsizlik və əmək nazirinin müavini xanım Eqle Radisauskienenin başçılıq etdiyi nümayəndə heyəti, Avstriya Məşğulluq Xidmətinin İcraçı İdarə Heyətinin üzvü Tomas Hainlen, Avropa İttifaqının Tvinninq Layihəsinin nümayəndəsi Audra Mikalauskaite iştirak edib.

Mətin Kərimli dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin məşğulluğunun artırılmasının diqqətdə saxlandığını, nazirliyin məşğulluq orqanları tərəfindən cari ilin yanvar-may aylarında işlə təmin edilən 35,3 min nəfərdən 9573-nün gənc olduğunu qeyd edib.

Bildirilib ki, həmçinin bu ilin 5 ayında  məşğulluq orqanları tərəfindən 1317 nəfər üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub və onlardan 700 nəfərə qədərini gənclər təşkil edib. 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 80 nəfər gənc peşə təliminə qəbul edilib. Son beş ayda 63,2 min nəfər gəncə düzgün peşə seçimi aparmalarına köməklik məqsədilə peşəyönümü məsləhətləri verilib. Ötən il kiçik ailə təsərrüfatlarını yaradanların 300 nəfərdən çoxu gənclər olub. Cari ildə də bu proqramda gənclərin iştirak səviyyəsinin dəfələrlə  artırılması planlaşdırılır.

Tədbirdə 49-u özəl, 3-ü dövlət sektoruna aid 52 müəssisə  235 vakant iş yeri təqdim edilib və bu iş yerləri üzrə göndərişlər verilib.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında