Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib

          Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral Gəncə şəhərinə səfəri çərçivəsində şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Elmar Vəliyev qonağı Azərbaycanın qədim elm, mədəniyyət və sənaye şəhəri olan Gəncədə görməkdən məmnun olduğunu bildirib, Türkiyədə keçirilən seçkilərdə qazanılan qələbə münasibətilə türk xalqını təbrik edib.

          Şəhər rəhbəri Gəncədə həyata keçirilən irimiqyaslı tikinti layihələri, geniş abadlıq-qurucluq işlərindən söz açıb. 
          AXC-nın yaradılmasının 100 illiyi münasibəti ilə Azərbaycan xalqını təbrik edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə ilə bağlı səsləndirdiyi “bir millət-iki dövlət”, Mustafa Kamal Atatürkün isə “Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir” fikirlərini səsləndirərək, bu qardaşlığın daimi və əbədi olacağına əminlik ifadə edib.

           Sonra qarşılıqlı xatirə hədiyyələri tədim olunub, xatirə şəkli çəkdirilib.

                   Hamlet Qasımov,
"X
alq qəzeti"nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında