Milli Məclisin deputatı Q.Paşayeva AŞPA-da qaçqınlardan danışıb və Avropanı onların taleyinə laqeyid yanaşmamağa çağırıb

 AŞPA-da “The humanitarian situation of refugees in the countries neighbouring Syria” adlı qətnamə layihəsinin müzakirəsi zamanı Azad Demokratlar Qrupu adından Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxış edib və Avropaya çağırış edib:

“Suriya Qaçqınlar Böhranının bir çox aspektləri vardır və burada qaçqınlarla bağlı böyük bir humanitar faciə mövcuddur. Vətəndaş müharibəsi dövründə Suriyanı 6 milyon insan tərk edərək qaçqın düşüb. Bu qaçqınların təxminən 85 faizi qonşu ölkələrdə yerləşib. Türkiyə bu humanitar böhranın ən ağır yükünü öz üzərinə götürərək, təxminən dörd milyon Suriyalı qaçqına sığınacaq verib. Livanda bir milyona yaxın, İordaniyada isə altı yüz əlli mindən çox qaçqın yerləşib. Mən həmin ölkələrin hamısında olmuşam və Suriyadan olan qaçqınlarla görüşüb, onların yaşadığı sığınacaqlara baş çəkmişəm. Ən çox köçkünü qəbul edən üzv ölkəmiz Türkiyə başda olmaqla həmin ölkələrə qaçqınlara dəstəklərindən dolayı təşəkkürümü bildirmək istəyirəm”. 
    Ermənistanın torpaqlarımızı işğalı nəticəsində 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü deyən Q.Paşayeva Avropanı insanları öz evlərindən köçkün salan səbəblərə qarşı sərt müarizəyə səsləyib: 
“Ermənistanın torpaqlarımızı işğal etməsi səbəbindən 1 milyon insanı köçkün düşmüş bir ölkənin və millətin təmsilçisi olaraq, yüz minlərlə qaçqına qısa zamanda yüksək səviyyədə dəstək göstərməyin nə qədər çətin olduğunu çox yaxşı bilirəm. Ona görə də Avropa ölkələri, biz hamımız üzv ölkəmiz Türkiyə başda olmaqla bu ölkələrə təşəkkür etməli və daha da çox dəstək göstərməliyik”
 Q.Paşayeva çıxışında  Avropanın köçkünlər siyasətini kəsin tənqid edib:
” Yaxın Şərqə qonşu olan, Avropanın sərhəd qapısı Türkiyə  Livan və İordaniya ilə birlikdə, Avropaya köçmək istəyən beş milyondan çox qaçqına sığınacaq verib. Əslində bu paylaşılası bir yükdür. Buna baxmayaraq, Avropa ölkələri paylarına düşən yükü hələ də öz üzərinə götürməyiblər və bu ölkələrə kifayət qədər dəstək verməyiblər. Hazırda Türkiyədə qeyri-adi bir vəziyyətdir. Çoxlu sayda qaçqın problemi ilə məşğul olmaqla yanaşı, Türkiyə onlara münasib bir şərait yaratmaq üçün çox çalışır. Hökumət, qaçqınların sağlamlığı, təhsili və digər müvafiq xidmətlər də daxil olmaqla, qaçqınların qorunması və əsas ehtiyaclarını təmin edir. Bir çox Avropa ölkələrində qaçqınların, xüsusilə də Suriyalı qaçqınların vəziyyətinin Avropa Şurasının standartları və dəyərləri baxımından gözləntilərə cavab verməməsi bizi dəhşətə gətirir. Sonda qeyd etmək istərdik ki, Suriyaya qonşu olan ölkələrdəki qaçqınların humanitar vəziyyəti vacib bir məsələdir və bu birlikdə həll edilməlidir. Belə ki, bu Avropanın təhlükəsizliyi və mühafizəsi üçün müəyyən problemlər yaradır. Və sonda deyim ki, Suriyalı köçkünlər sizdən daha çox dəstək gözləyir”.


Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında