Diaspor gəncləri I Yay düşərgəsində toplanır

Vətəndən kənarda  yaşayan Azərbaycan əsilli gənclər bir araya toplanır. Onlar  Diasporla İş üzrə Dövlət Komitəsinin  Gənclər və İdman Nazirliyi və Gənclər Fondu ilə birgə təşkil etdiyi diaspor gənclərinin I Yay düşərgəsində iştirak edərək görüşmək imkanı qazanacaqlar. Bu barədə  Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri  bir araya gətirərək diaspor hərəkatını daha da gücləndirməkdir.

Düşərgədə iştirak üçün qeydiyyat davam edir. Düşərgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil edilir və arzu edən gənclər sənədlərini iyunun 30-dək elektron qaydada təqdim edə bilərlər.  İştirakçıların seçim meyarları və digər məlumatlar Komitənin saytında yerləşdirilib.

Qeyd edək ki, diaspor gənclərinin I Yay düşərgəsində iştirak pulsuzdur.

 

 

               Əfsanə BAYRAMQIZI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında