Sosial xidmət müəssisələrindən 12 uşaq yenidən doğma ailələrinə qayıdıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 1 və 2 saylı Sosial Xidmət müəssisələrində hazırda 290 uşaq daimi dövlət təminatında yaşayır.

Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində hər iki sosial xidmət müəssisəsində uşaqların yaşayışı, hərtərəfli təminatı, reabilitasiyası üçün müasir tələblərə uyğun şərait yaradılıb. Bu müəssisələrdə uşaqların ətraf mühitə uyğunlaşmasına mane olan funksional çatışmazlıqların, davranış problemlərinin aradan qaldırılması, ilkin bacarıq və vərdişlərə yiyələnmələri üçün müvafiq işlər aparılır, onların doğma ailə mühitinə qayıtmaları istiqamətində tədbirlərə xüsusi önəm verilir.

Övladları ilə görüşə gələn valideynlərlə fərdi qaydada və maarifləndirici söhbətlər aparılır. Bəzən valideynlər övladlarını bu müəssisələrə verdikdən bir müddət sonra yenidən onlarla görüşə gələrkən uşaqlarının davranışında müəyyən müsbət dəyişikliklər görərək onları yenidən özləri ilə ailələrinə qaytarırlar.

Görülən tədbirlərin nəticəsi kimi, cari ilin ötən dövründə həmin sosial xidmət müəssisələrindən 12 uşaq yenidən doğma ailəsinə qayıdıb.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında