Müşfiqabadda məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) birgə təşkilatçılığı ilə Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib.

Aktiv məşğulluq tədbirində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə 70 müəssisədən 532 vakant iş yeri təqdim olunub, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli və QMKİDK-nin sədr müavini Fuad Hüseynov iştirak ediblər. M.Kərimli vurğulayıb ki, əhalinin məşğulluğunun təminatı Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir və dövlət məşğulluq orqanları tərəfindən bu istiqamətdə tədbirlər ildən-ilə gücləndirilir. Nazir müavini “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, qaçqınların və məcburi köçkünlərin məşğulluğunun təmin olunmasının dövlət məşğulluq orqanlarının fəaliyyətində mühüm yer tutduğunu diqqətə çatdırıb. O bildirib ki, cari ilin 5 ayında dövlət məşğulluq orqanları tərəfindən məşğulluğu təmin olunanların 1,9 min nəfərini, peşə hazırlığına cəlb edilənlərin 91 nəfərini məcburi köçkünlər təşkil edib.

Özünüməşğulluq proqramı çərçivəsində məcburi köçkünlərin məşğulluğuna dəstək verildiyini qeyd edən M.Kərimli diqqətə çatdırıb ki, ötən il həmin proqram vasitəsilə 206 məcburi köçkün ailəsi kiçik ailə təsərrüfatlarını yaradıb. Cari ildə də 1100-ə yaxın məcburi köçkün ailəsinin özünüməşğulluq proqramında iştirakı proqnozlaşdırılır, artıq onlardan bir hissəsi bunun üçün kiçik biznesin təşkili üzrə təlim kurslarına cəlb olunub.

QMKİDK-nin sədr müavini F.Hüseynov ötən dövrdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib, həmin insanların  məşğulluğunun təmin edilməsi üçün Komitə tərəfindən aidiyyəti tədbirlərin həyata keçirildiyini vurğulayıb, gələcəkdə də belə tədbirlərin təşkili üçün müvafiq işlərin aparılacağını diqqətə çatdırıb.

Yarmarkada işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına uyğun boş iş yerlərinə göndərişlər verilib.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında