Nazir peşə reabilitasiyasına cəlb edilmiş gənclərlə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik  yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində (SİMGPRM) olub. Nazir Milli Qurtuluş Günü və Ramazan bayramı münasibəti ilə Mərkəzdə peşə reabilitasiyasına cəlb edilmiş sağlamlıq imkanları məhdud gənclərlə görüşüb.

Gəncləri bayram münasibətilə təbrik edən nazir deyib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əlilliyi olan insanlara, o cümlədən sağlamlıq imkanları məhdud gənclərə, onların sosial təminatının artırılmasına, cəmiyyətə inteqrasiyasına daim xüsusi qayğı göstərilib. S.Babayev diqqətə çatdırıb ki, SİMGPRM, burada yaradılan müasir şərait dövlət başçısının bu qrup gənclərin sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısının daha bir göstəricisidir. Burada gənclərin əldə etdikləri peşə bacarıqları müqabilində əmək bazarına çıxış imkanlarına yiyələnmələrinə, məşğulluğunun təminatına da diqqət artırılacaq. Eyni zamanda, həmin gənclərin müxtəlif iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluğunun təminatı üçün müvafiq işlər aparılacaq.

“Sağlamlıq imkanları məhdud insanların öz üzərində çalışmaqla fiziki məhdudiyyətlərinə qalib gələrək böyük uğurlara nail ola bilməsinə dair həyatda kifayət qədər nümunələr var. Siz də daim öz bacarıq və qabiliyyətinizi təkmilləşdirməklə həyatda özünüzü təsdiq etməyə, uğur qazanmağa doğru irəliləməlisiz. Biz bu yolda daim sizə yaxından dəstək olacağıq”,-- deyə S.Babayev bildirib.

Gənclər onların sosial təminatlarının gücləndirilməsi, tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi, o cümlədən məşğulluqlarının dəstəklənməsi üçün ölkədə aparılan fəal dövlət siyasətinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar.

S.Babayev mərkəzdə peşə hazırlığının təşkili üçün yaradılmış şəraitlə, sinif və emalatxanalarla, gənclərin xalçaçılıq, toxuma, rəssamlıq, ağac üzərində oyma və s. növlərdə hazırladıqları əl işləri ilə tanış olub.

 Tədbir iştirakçıları sağlamlıq imkanları məhdud gənclərin boccia idman növü üzrə yarışını da izləyib. Nazir S.Babayev gənclərlə birgə boccia yarışında iştirak edib. 

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında