“İş yerinə dair arayış” elekron xidmətinə 59,5 min müraciət qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “İş yerinə dair arayış” elektron xidmətinə cari ilin may ayında  59,5 min müraciət qeydə alınıb. Bu da ötən ilin müvafiq dövrünə nisbətən “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayının 2,4 dəfə artdığını göstərir.

Hazırda “Elektron hökumət” portalında müxtəlif qurumlar üzrə 18 növdə e-arayış xidməti təqdim olunur. Onlara edilən ümumi müraciətlərin təqribən yarıya qədəri  “İş yerinə dair arayış” e-xidmətinə aiddir.

Bu elektron-xidmətdən istifadə üçün “Elektron hökumət” portalında ƏƏSMN tərəfindən təqdim olunan xidmətlər siyahısından və ya “Elektron arayışlar” bölməsindən “İş yerinə dair arayış” xidməti və bundan sonra  ekranda əks olunan müvafiq menyudan “Yeni arayış” menyusu  seçilir. Sonrakı mərhələdə istifadəçi qüvvədə olan əmək müqaviləsi bildirişi (və ya bildirişlərindən biri) üzrə iş yerinə dair arayışını əldə edir.

“İş yerinə dair arayış” e-xidməti vətəndaşların müvafiq arayışı işəğötürənə müraciət etmədən real vaxt rejimində onlayn qaydada əldə etməsinə imkan verir. İndiyədək həmin e-xidmətə 1 milyon 73 min dəfə müraciət olunub.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında