Mikrorayon sakinlərinə bayram hədiyyəsi

15 İyun – Milli Qurtuluş Günü və Ramazan bayramı ərəfəsində paytaxtın Nəsimi rayonunda daha bir “Abad həyət” istifadəyə verilmişdir. Nəsimi Rayon İcra Hakimiyyətinin III mikrorayon ərazisindəki məhəllədə sürətlə başa çatdırdığı əsaslı yenidənqurma və geniş abadlıq işlərindən sonra hər cür rahatlıq və gözəllik yaradılmış həyət sakinlərə bayram hədiyyəsi edilmişdir. 
R.Məmmədov küçəsindəki beşmərtəbəli 2 binanın fasadı, dam örtüyü və zirzəmisi əsaslı təmir edilmiş, girişlər, qapı və pəncərələr yenilənmişdir. Ərazidə yaşıllaşdırma işləri aparılmış, həyətdə həmişəyaşıl ağaclar və gül kolları əkilmişdir. Sakinlərin asudə vaxtlarını və istirahətlərini səmərəli keçirmələrindən ötrü söhbətgahlar quraşdırılmışdır. Uşaqlar üçün isə xüsusi əyləncə avadanlıqları, oyun elementləri qoyulmuş və idman meydançası yaradılmışdır.
Yeni həyətin açılış mərasimində sakinləri qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli yeniləşmə və tərəqqi siyasəti rayonda da uğurla davam etdirilir, ərazidə bir sıra sosial-mədəni layihələr gerçəkləşdirilir. Paytaxtın iri yaşayış massivlərindən olan mikrorayonlarda son dövrdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, yaradılan “Abad həyət”lər sakinlərin yüksələn rifahına, gündəlik rahatlığına xidmət edir. RİH-in bilavasitə iştirakı və köməyi ilə rayonun ayrı-ayrı ünvanlarında da quruculuq-abadlıq tədbirləri aparılır, həyətlərdə əsaslı təmir və yaşıllaşdırma işləri davam etdirilir. 
Mərasim RİH başçısının yeni “Abad həyət”in sakinləri ilə keçirdiyi səyyar qəbulla davam etmişdir. Görüşdə iştirak edənlərin müraciətləri ilə bağlı rayon qurumlarının rəhbərlərinə, xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məsələlər barədə də söhbət aparılmışdır. 
Sakinlər dövlətimizin layiqli bayram hədiyyəsinə, əhalinin rifahı və rahatlığı üçün görülən genişmiqyaslı işlərə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Ramazan bayramı və Qurtuluş Günü münasibətilə rayon ərazisində yaşayan mindən artıq Qarabağ müharibəsi veteranı, əlili və şəhid ailəsinə, yaşlı və aztəminatlı sakinə ərzaq bağlaması verilmişdir. Zabitlər parkında isə sosial qayğıya ehtiyacı olan ailələrin uşaqları üçün bayram şənliyi keçirilmiş, onlara hədiyyələr təqdim olunmuşdur.
R.TAHİR, “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında