Azərbaycanda meyvə-tərəvəz məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi üzrə işlər aparılır

Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasından bildirildiyinə görə, bu gün əsas ixrac bazarları Rusiya və digər MDB ölkələridir. Avropa və ərəb ölkələrinə gəlincə, bu ölkələrə məhsul ixracı sertifikatlaşdırma ilə bağlı çətinliklər səbəbindən məhdudlaşdırılıb. Belə ki,  sertifikatlar çox bahadır - 20-30 min avrodan başlayır və onları hər məhsul üçün ayrı-ayrılıqda almaq lazımdır.

Elə bu səbəbdən bu gün Rusiya və MDB ölkələrinin bazarlarına çıxmaq daha asandır. Hazırda sertifikatların standartlaşdırılması və beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində böyük işlər aparılır. Bundan sonra ixrac imkanları kifayət qədər genişlənəcək.

Qeyd edək ki, Azərbaycanda Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016-cı ilin avqustunda yaradılıb. Assosiasiyanın əsas məqsədi bu sahə ilə məşğul olan sahibkarların fəaliyyətinin əlaqələndirilməsi, istehsalın artırılması və ixrac imkanlarının genişləndirilməsidir.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2017-ci ilin yekunları üzrə Azərbaycan 503 milyon dollar dəyərində meyvə-tərəvəz məhsulları ixrac edib 2018-ci ilin yanvar-aprel aylarında ixrac 111,13 milyon dollar dəyərində 104,31 min ton məhsul təşkil edib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında