Salyan rayonunda “Tibb işçiləri Günü” münasibətilə maraqlı tədbir

salyan-ih.gov.azda verilən xəbərə görə 9 İyun 2018-ci il tarixində Salyan rayon İcra hakimiyyətində “17 İyun – Tibb işçiləri Günü” münasibətilə tədbir keçirilmişdir.  Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov səhiyyə işçilərini  əlamətdar gün münasibətilə təbrik etmiş, onlara bu çətin, şərəfli və son dərəcə vacib işlərində uğurlar arzulamışdır.O, ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və tibb işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışmışdır.      

Tədbirdə çıxış edənlər respublikamızda həyata keçirilən səhiyyə-tibb islahatlarından, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan, əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs etmişlər. Bildirmişlər ki, dövlətimizin başçısının tapşırığına əsasən hər il ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb edilməsi vətəndaşların sağlamlığına göstərilən qayğının təzahürüdür. Sonda çıxış edənlər respublikada, o cümlədən rayonda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.    

Çıxışlardan sonra bir qrup səhiyyə işçisinə rayon İcra hakimiyyətinin Fəxri Fərmanları təqdim edilmişdir.

İsaq Əmənullayev
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında