Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar ağacəkmə aksiyası

Hindistanın Bakıdakı səfirliyi və AMEA Dendrologiya İnstitutunun birgə təşəbbüsü ilə 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib.

www.science.gov.az saytı yazır ki, Dendrologiya İnstitutunun ərazisində təşkil olunan aksiyada bu müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, səfirliyin əməkdaşları, Bakıdakı hind icması və Azərbaycan Dillər Universitetinin tələbələri iştirak ediblər.

Aksiya zamanı səfirliyin əməkdaşları və institutun fəal gəncləri finik və xamerops palması, müxtəlifyarpaq pittosporum, adi oleandr, həmişəyaşıl başınağacı, adi nandina, alcaqboy ardıc kimi müxtəlif ağac-kol bitkiləri əkib, onlara aqrotexniki qaydada qulluq göstəriblər. Bu layihə ekoloji tarazlığın bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfədir.

Dendrologiya İnstitutunda bu cür aksiyaların davamlı keçirilməsi planlaşdırılır.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında