Azərbaycanda balıqartırma zavodu satışa çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi S.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodunun satışı üzrə investisiya müsabiqəsi elan edib.

Komitədən verilən məlumata görə, müəssisə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və ölkə Prezidentinin 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq müsabiqəyə çıxarılıb.

Müsabiqədə yerli hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. İddiaçılar müəssisənin fəaliyyət sahəsinin genişləndirilməsi və əlavə istehsal (xidmət) sahələrinin yaradılması üzrə ümumi dəyəri azı 3 milyon manat olan investisiya proqramı təqdim etməli, dövlət büdcəsinə azı 750 min manat ödəməlidir. Qalib investor isə azı 20 yeni iş yeri yaratmalıdır.

Səhmdar cəmiyyətinin özəlləşdirmə planı (emissiya prospekti) ilə tanış olmaq, investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək, ərizə və təklifləri təqdim etmək üçün iyulun 2-nə qədər, hər gün saat 10:00-dan 17:30-a qədər ƏMDK-ya müraciət etmək olar. Təkliflərə iyulun 4-də, saat 15:00-dan başlayaraq baxılacaq.

Qeyd edək ki, nərəkimilərin və çəkikimilərin (çəki, kütüm və sair) artırılması və dəniz hövzəsinə buraxılması müəssisəsi olan S.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu Neftçala rayonunun Yenikənd ərazisində yerləşir. Onun 41 işçisi var.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında