Qəhrəman şəhidlərimizin balaları üçün bayram tədbiri keçirilib

Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi daim dərin hörmətlə yad edilir. Onların döyüş yolu, göstərdikləri şücaət gənc nəsillər üçün layiqli örnəkdir. “Aprel-2016: Şəhid ailələrinə dəstək” İctimai Birliyi şəhid ailələrinin hüquqlarının müdafiəsində fəal iştirak etməklə  yanaşı, şəhidlərimizin qəhrəmanlığının təbliğinə, uşaq və gənclərin vətənə məhəbbət ruhunda tərbiyə olunmasına  öz töhfəsini verməyə çalışır.

Təşkilat Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi ilə birlikdə Sumqayıt şəhərindəki Dənizkənarı bulvarda yerləşən “Turan” istirahət mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Vətən bizə əmanət” adlı tədbir keçirib.

Tədbirdə 2016-cı ilin aprel və 2017-ci ilin fevral ayında vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın övladlarının şənlənməsi üçün respublika uşaq özfəaliyyət kollektivləri, uşaq idman klubları, məktəblilər öz bacarıqlarını nümayiş etdirdilər. Tanınmış incəsənət ustalarının çıxışlarınıda Vətəni tərənnüm edən mahnılar oxudular. Uşaqlar üçün intellektual-əyləncəli oyunlar təşkil olundu. 
“Aprel-2016: Şəhid ailələrinə dəstək” İctimai Birliyin təsisçiləri Aida Eyvazlı və Sevinc Alızadə, Milli Məclisin deputatı Qənirə Paşayeva, Səbail Rayon İcra Hakimiyyətinin müavini Xalidə Bayramova, “Regional huquqi ve iqtisadi maarifləndirmə” ictimai birliyinin sədri Arzu Bağırova tədbirin məramı və məqsədi haqqında iştirakçılara ətraflı məlumat verdilər. Çıxış edənlər dövlətin uşaqlara olan himayəsindən və qayğısından danışdılar.

 “Azman holdinq”in dəstək verdiyi bayram tədbirində uşaqlara xatirə hədiyyələri təqdim edildi.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında