“Doğumun təntənəli qeydə alınması”

Binəqədi Rayon İcra Hakimiyyəti, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Doğumun təntənəli qeydə alınması” adlı  tədbir keçirilib. 
Mərasimdə rayon qeydiyyat şöbəsinin müdiri Tahirə Əsgərova ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunmaları, onların əlverişli mənəvi və sosial mühitdə böyümələri üçün hər cür şəraitin yaradılması barədə ətraflı danışıb.  
Ə.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini İsrail Qasımov ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.
Rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirib ki, ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunmalarının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün Azərbaycanda uşaqlara xüsusi qayğı var. Prezident İlham Əliyev daim uşaqlara diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində olur, onların gündəlik qayğıları, təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanırlar.  
Tədbir iştirakçıları daha sonra xəstəxanada yeni dünyaya gələn körpələri  ziyarət ediblər, analara körpələrin doğum haqqında  şəhadətnamələri təqdim edilib. 
Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü günündə anadan olan körpələrin valideynlərinə isə xatirə olaraq Azərbaycan Respublikasının dövlət bayraqları verilib. 
Sonda rayon icra hakimiyyəti və  Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsinin rayon şöbəsi tərəfindən Xalq Cümhuriyyətinin ildönümü və Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində dünyaya göz açan körpələrə məktublar ünvanlanıb. Məktublarda  müstəqil Azərbaycan Respublikasının qüdrətinin daha da artmasında onların da imzalarının olacağına əminlik ifadə olunub, dövlətimizə və ailələrinə laiqli övladlar olmaları arzu edilib.
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında