Astarada içməli su təchizatı sistemlərinin yenidən qurulması işlərinin böyük hissəsi icra edilib

Astara şəhərində içməli su təchizatı sistemlərinin yenidən qurulması işlərinin böyük hissəsi icra edilib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində həyata keçirilir.

“Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Astara şəhərində 28,5 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Layihə üzrə işlərə 2014-cü ilin dekabrında başlanılıb. Astara şəhəri və ətraf kəndlərin sakinlərinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi Xanbulan su anbarının sahilində tikilmiş, məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğu hesabına həyata keçiriləcək. Su mənbəyindən Astara şəhərinədək 28,7 km magistral su kəmərinin tikintisi nəzərdə tutulub. Artıq magistral kəmərin 22,4 km-lik hissəsi inşa edilib. Layihə çərçivəsində hər birinin tutumu 5 min kubmetr olan 2 ədəd su anbarının tikintisi başa çatdırılıb.

Hazırda şəhərdə içməli su şəbəkəsinin tikintisi davam etdirilir. Layihədə nəzərdə tutulan 112,8 km içməli su şəbəkəsinin 102 km-lik hissəsi tikilib, ünvanlara ev birləşməsi verilərək sayğaclar quraşdırılır. Şəhərdə içməli su şəbəkəsinin tikintisi yekunlaşmış küçələrdə asfalt örtüyü bərpa edilir.

Layihə çərçivəsində magistral kəmərin marşrutu boyu və şəhərin yaxınlığında yerləşən, əhalisinin sayı 73 min nəfər olan 27 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında