Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyimizin bərpasında önəmli rol oynayıb

Binəqədi Rayon İcra Hakimiyyəti, YAP  rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr edilən “Ey qəhrəman övladın şanlı Vətəni” adlı tədbir keçirilib.

Dövlət himni ilə başlayan mərasimdə giriş nitqi ilə çıxış edən Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri,  tarix üzrə fəlsəfə doktoru, dosent  Firdovsiyyə Əhmədova  Cümhuriyyətin keçdiyi yol haqqında geniş məlumat verərək, bildirib ki, 1918-ci il mayın 28-də xalqımızın görkəmli oğulları tərəfindən qurulan  Cümhuriyyət Azərbaycan tarixinin şərəfli səhifəsidir.

F.Əhmədova daha sonra  Cümhuriyyətin 23 aylıq fəaliyyətindən, xalqımızın dövlətçilik tarixindəki rolundan danışıb. Natiq bildirib ki, Xalq Cümhuriyyətinin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində dərin iz buraxıb. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqların verilməsi, ana dilimizin dövlət dili elan olunması, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və ordu quruculuğu sahəsində atılan addımlar Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb.

Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztək, Milli Məclisin deputatı Azay Quliyev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin   əməkdaşı, “ASAN School” könüllülük proqramının rəhbəri Cahangir Hacıyev çıxışlarında Cümhuriyyətin tarixi əhəmiyyətindən bəhs edərək bildiriblər ki, Prezident İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı milli dövlətçilik tariximizə olan xüsusi diqqət və ehtiramın, milli kimliyimizə qayğının bariz nümunəsidir. Eləcə də dövlətimizin başçısının 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi cümhuriyyət dövründə həyata keçirilən tədbirlərə yüksək dəyərin təcəssümüdür.

Natiqlər, eyni zamanda, xatırladıblar ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra, xüsusən ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Cümhuriyyət dövrünün tədqiqi və təbliği istiqamətində mühüm addımlar atılıb. Azərbaycan Respublikası hazırda həmin dövrünün demokratik dəyərlərinə sadiq qalaraq sürətlə inkişaf edir, dünya birliyində layiqli yer tutur.

Daha sonra çıxış  edən rayon icra hakimiyyəti başçısının vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini İlqar Süleymanov nitqində diqqətə çatdırıb ki, AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirib, respublikamızın gələcək müstəqilliyi üçün etibarlı zəmin yaradıb.

Çıxışlardan sonra rayonda “Master-2” layihəsi çərçivəsində təcrübə müddətini uğurla başa vuran “ASAN könüllüləri”nə sertifikatlar təqdim edilib.

Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında