BƏT-in təşkilatçılığı ilə konfrans keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə “Qeyri-formal əmək münasibətlərinin qarşısının alınması məqsədilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində beynəlxalq təcrübə” mövzusunda konfrans keçirilir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev  BƏT-lə birgə icra olunan “2016--2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”ndan bəhs edərək BƏT-in layiqli əmək konsepsiyasının reallaşdırılması sahəsində ölkəmizdə aparılan işləri qeyd edib. 

İ.İsayev diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbir planı”na uyğun olaraq normativ hüquqi aktların, inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi, monitorinq və qiymətləndirmə sisteminin qurulması, məlumatlandırma və təbliğat işlərinin təşkili ilə bağlı 36 tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərin hər biri üzrə sosial tərəfdaşlarla fəal əməkdaşlıq müstəvisində müvafiq işlər aparılır, həmçinin təbliğat-maarifləndirmə işlərinə xüsusi önəm verilir.

Qeyri-formal məşğulluğun qeyri-formal iqtisadiyyatın tərkib hissəsi olduğunu bildirən nazir müavini qeyd edib ki, dünyanın bütün ölkələrində qeyri-formal məşğulluq mövcuddur və BƏT-ə üzv ölkələrin yalnız 47-də qeyri-formal məşğulluğun statistikası aparılır. Qanunvericiliyin tələblərinə zidd olan qeyri-formal məşğulluq vergi, sosial sığorta və digər məcburi ödənişlərin  həyata keçirilməməsinə səbəb olmaqla, nəticədə,  dövlət büdcəsi üçün böyük itkilər yaratmaqla, eyni zamanda, işçiləri cari və gələcək sosial təminat hüquqlarına malik olmaqdan məhrum edir. Yəni qeyri-formal məşğulluq sektorunda çalışan işçilərin dövlətin sosial müdafiə sisteminə çıxışı heç bir halda mümkün olmur.

İ.İsayev bu konfransın qeyri-formal məşğulluğun qarşısının alınması üçün sosial tərəfdaşlarla birgə fəaliyyətin daha səmərəli təşkili üçün beynəlxalq təcrübənin,  dünyanın qabaqcıl praktikalarından irəli gələn yanaşmaların öyrənilməsi, müvafiq mövzuda səmərəli müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinin müavini Cavanşir Alxasov, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Ölkə ofisinin əmək haqqı üzrə mütəxəssisi Nikolas Ştuder çıxış edərək, mövzu ilə bağlı fikirlərini ifadə ediblər.

Konfransın gündəliyinə N.Ştuderin “Bu günkü iş dünyasında qeyri-standart məşğulluq formaları”, “Beynəlxalq təcrübədə əmək münasibətləri anlayışı”, ƏƏSMN-nin əmək siyasəti şöbəsinin müdir müavini Əbülfət Məhərrəmovun “Əmək münasibətlərinin yalnış təsnifatı haqqında”, Şeffield Universitetinin professoru Yason Heysin “Avropa İttifaqında qanunvericiliyin tətbiqinə məsul orqanların təcrübəsi” və s. mövzularda təqdimatların edilməsi, “Təcrübədə konkret halların təhlili”, “Azərbaycanda əmək qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflər” mövzularında qruplar formatında müzakirələrin aparılması daxildir.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında