Peşə hazırlığına cəlb olunmaq üçün elektron müraciət sistemi tətbiq ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhalinin məşğulluğu sahəsində siyasətin və icra mexanizmlərinin təkmilləşdirilməsi, özünüməşğulluq proqramının səmərəliliyinin artırılması üzrə  təkliflərin hazırlanması üçün yaradılmış İşçi qrupunun ilk iclası keçirilib.

İşçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli məşğulluq orqanları tərəfindən əhaliyə göstərilən xidmətlərin səmərəli təşkilinin, məşğulluq xidmətləri üzrə fəaliyyətin nümunəvi xidmət konsepsiyasına uyğun qurulmasının əsas hədəflərdən olduğunu qeyd edib. Nazir müavini ilk növbədə fəaliyyət zamanı qarşıya çıxan və konkret nəticələrin əldə olunmasına mane olan problemlərin müəyyən olunmasının, bu məqsədlə məşğulluq orqanları tərəfindən müvafiq təkliflərin verilməsinin vacibliyini diqqətə çatdırıb.

M.Kərimli məşğulluq xidmətləri sferasında şəffaflığın və xidmətlərin çevik təşkilinin təmin olunması üçün əsasən bu xidmətlərin elektron müstəvidə qurulması məsələsinə toxunub. Bildirib ki, işsizlikdən sığorta ödənişinin verilməsi prosedurunun da elektron qaydada təşkili imkanları nəzərdən keçirilməlidir. Bu, qeyd olunan ödəniş növünün təyinatı və ödənilməsi prosesinin tam şəffaflaşmasına və xeyli sadələşdirilməsinə səbəb ola bilər.

İşsiz və işaxtaranların məşğulluq orqanları tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunması sahəsində işlərin keyfiyyətinin və səmərəliliyinin artırılması, eləcə də, bu kursların keçirilməsi və nəticələri barədə hesabatlılığın təmin olunması üçün görüləcək işlər qeyd edilib, eyni zamanda, peşə hazırlığına cəlb olunmaq üçün elektron qaydada müraciət sisteminin tətbiq edilməsinin məqsədəuyğun ola biləcəyi vurğulanıb.

İclasda özünüməşğulluq proqramının ünvanlı sosial yardım proqramı ilə əlaqəli icrası və ünvanlı sosial yardımı alan aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin özünüməşğulluq proqramına cəlb olunması sahəsində tədbirlərin səmərəli təşkili, proqramın ünvanlılığının qiymətləndirilməsi üzrə monitorinq sisteminin, məşğulluq mərkəzlərinin fəaliyyətinin qiymətləndirilməsi mexanizminin formalaşdırılması və s. istiqamətlərdə görüləcək işlər müzakirə olunub. İşçi qrupunun üzvlərinə konkret tapşırıqlar verilib.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında