Sumqayıtda Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

Ölkəmizin hər yerində olduğu kimi, Sumqayıtda da şanlı yubiley – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi silsilə tədbirlərlə qeyd edilib.

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında yubileyə həsr olunan ümumşəhər tədbiri xüsusilə yaddaqalan olub. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak edib.

Təqdim olunan ədəbi-bədii proqramda xalqımızın müstəqillik tarixinin ən şanlı səhifələrindən biri - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin təsis edilməsi, fəaliyyəti və süqutu, parlamentin ilk iclası, sovetlər dövrü və ən yeni tariximizin səhifələri, obrazları canlandırılıb. AXC-nin ilk hökumət üzvlərinin oxuduğu Cümhuriyyətin himninin səs yazısının səsləndirilməsi tədbirə xüsusi rəng qatıb.

Monitorlarda göstərilən tarixi sənədlər, fotolar, videotəsvirlər səhnədə cərəyan edən hadisələri daha dolğun, təsirli edirdi.

Ədəbi-bədii proqram böyük maraqla qarşılanıb və seyrçilər tərəfindən dəfələrllə alqışlanıb. İki saat ərzində səhnədə təcəssüm etdirilən tarixi həqiqətlər, bu gün AXC-nin hüquqi varisi olan müstəqil Azərbaycan Respublikasının sürətli inkişafı naminə atılan möhtəşəm addımlar barədə geniş məlumatlar hər kəsin qəlbini qürurla döyündürüb.

Tədbir Azərbaycanı tərənnüm edən mahnıların ifası ilə başa çatıb.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında