Əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı müşavirə keçirilib

Mayın 25-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Sərəncamın icrası ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunan müşavirə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının rayon, şəhər icra hakimiyyəti yanında məşğulluğa kömək komitələrinin rəhbərlərinin birgə iştirakı ilə keçirilib.

Baş nazirin müavini Əli Əhmədov müşavirədə çıxış edərək son illər sürətlə inkişaf edən respublika iqtisadiyyatında əldə olunan uğurlardan söz açaraq, yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafı və əmək münasibətlərinin daha müasir formada tənzimlənməsi istiqamətində ölkə rəhbərliyinin atdığı addımların səmərəli nəticələr verdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan böyük inkişaf mərhələsi yaşayıb. 2003-cü ildən indiyədək ölkəmizdə 1,9 milyon iş yeri yaradılıb. Azərbaycanda məşğulluq dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir. Son 15 ildə əhalinin sayı 1,5 milyon artıb. Ölkə əhalisi il ərzində 1,2 faiz artır. Biz hər il 100 mindən artıq iş yeri yaratmalıyıq. Ötən müddət ərzində xeyli iş yeri açılıb, insanların layiqli iş yerləri ilə təmin olunması üçün lazımi addımlar atılır. Ölkədə işsizliyin səviyyəsi təxminən 5 faiz təşkil edir. Respublikada 5 milyona yaxın əmək qabiliyyətli insan var. Əhalimizin 54 faizi kəndlərdə yaşayır. 

Müşavirədə müvafiq müzakirələr aparılıb.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında