AXC tarixi qürur və güc mənbəyimizdir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Ağcabədi Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və yerli Heydər Əliyev Mərkəzinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə
elmi-praktik konfrans keçirilmişdir.

Məclisi giriş sözü ilə açan filialın direktoru, dosent Mətanət Fərzəliyeva 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin dövlətçilik tariximizdəki müstəsna önəmini və rolunu qeyd edərək, ümummilli lider Heydər Əliyevin bu misilsiz hadisə barədə söylədiyi mülahizəni xatırlatmışdır: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biridir”. Natiq Prezident İlham Əliyevin müasir dövlətçiliyimizin özülü sayılan bu şanlı tarixin 100 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalamasını ilin ən mühüm hadisəsi kimi dəyərləndirmişdir.

Konfransda baş müəllim Araz Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun hakimiyyətinin bərqərar olunması”, dosent Məhəmməd Hüseynovun “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”, baş müəllim Anar Kərimlinin “Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi iqtisadi islahatlar”, dosent əvəzi Tahir Kərimlinin “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti”, dosent Mahir Səlimovun “Xarici müdaxilə və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu” mövzusunda məruzələri dinlənilmişdir.

Məruzə və çıxışlarda AXC hakimiyyətinin qısa müddətdə yaratdığı demokratik dövlət quruluşunun ayrı-ayrı cəhətlərinə, milli hökumətin gerçəkləşdirdiyi zəruri islahatlara diqqət yetirilmiş, cümhuriyyətin əməli və nəzəri irsinin dövlətçiliyimizin bərpası və müstəqil dövlət quruculuğu prosesində əhəmiyyəti vurğulanmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin milli təhsil və Qarabağda əmin-amanlıq yaradılması sahəsində həyata keçirdiyi tədbirlərə diskussiyalarda daha geniş yer ayrılmış, tarixin bu məsələlərlə bağlı dərslərinin önəmi qeyd edilmişdir.

Müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu qeyd edən natiqlər bildirmişlər ki, ulu öndər Heydər Əliyev birmənalı olaraq müstəqil dövlətimizin varlığını əbədi və dönməz etmişdir. Ümummilli liderin ideya və əməllərinin ən sadiq davamçısı Prezident İlham Əliyev isə Azərbaycanı regionun müstəqil siyasət yeridən qüdrətli dövlətinə çevirmişdir. Bu güc və potensial yaxın gələcəkdə düşmənlərimizin ümumi fitnəsi ilə işğal olunmuş torpaqlarımızı azad etməyin, ərazi bütövlüyümüzü bərpa etməyin mötəbər təminatıdır.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında