Şəmkir ağsaqqalı:on beş il əvvəl desəydik ki, qazımız da, suyumuz da, işığımız da daimi olacaq, bəlkə də heç kim inanmazdı...

Həmişə olduğu kimi bu dəfə də maraqlı, şirin bir söhbət oldu. Hiss olunurdu ki, rayon rəhbəri ilə bu cür səmimi söhbət hamının ürəyincədir. Çünki burada rəsmiyyətçilik yox idi. İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun Qaracəmirli kəndində növbəti səyyar qəbulu olsa da bu, daha çox bir ailənin maraqlı söhbətinə bənzəyirdi.

Əvvəlcə Qaracəmirli kəndinin icra nümayəndəsi Nazir Kamilov məlumat verdi. Kəndin sosial-iqtisadi durumu, əhalinin məşğuliyyəti, görülən işlər barədə danışdı, mövcud sosial obyektlərin vəziyyətini təhlil etdi.

Sonra rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi, respublikamızda və rayonumuzda aparılan bugünkü hərtərəfli inkişafdan danışdı. Qeyd etdi ki, cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, bu gün hər bir bölgədə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.

İcra hakimiyyətinin başçısı bildirdi ki, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının, “Azfarel” balıqçılıq təsərrüfatının tikintisində son tamamlama işləri aparılır. Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Rayonda kənd təsərrüfatı, xüsusilə istixanalar yüksək sürətlə inkişaf edir. Bu sahədən milyonlarla manat gəlir əldə olunur.

Daha sonra kənd sakinləri söz aldılar. Kənd ağsaqqalı Abbas Sərdarov çıxış edərək sakinlər adından 11 aprel Prezident seçkilərində qazanılan qələbə münasibətilə cənab İlham Əliyevi, eləcə də xalqımızı təbrik etdi, ürək sözlərini bildirdi. Abbas Sərdarov dedi ki, ölkəmizin hər yerində olduğu kimi Qaracəmirli sakinləri də Cənab İlham Əliyevi çox istəyir və onu hər zaman dəstəkləyirlər: 

- Prezident seçkilərində kənd ağsaqqalları səsverməyə gedəndə “Biz öz balamız İlham Əliyevə səs verməyə gedirik” deyirdilər.

Rəsmiyyə Bayramova da Cənab Prezident İlham Əliyevə uzun ömür, can sağlığı arzuladı: “İllər boyu kəndimizdə qaz yox idi. Möhtərəm Prezidentimiz kəndimizə yeni qaz xətti çəkdirdi və bizə ikinci həyat bəxş etdi”.

Kənd ağsaqqalı Raquf Məmmədov isə çıxış zamanı bildirdi ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin edilib: “Cənab Prezidentimiz əhalinin sosial problemlərinin həlli istiqamətində yorulmadan fəaliyyət göstərir.On beş il əvvəl desəydilər ki, qazımız da, suyumuz da, işığımız da daimi olacaq, bəlkə də inanmazdıq. Ali Baş Komandanımıza bütün işlərində uğurlar arzulayırıq”.

Digər problemlərdən də danışan sakinlər kənddə yollarının təmirinə ehtiyac olduğunu bildirdilər.

Qaldırılan məsələlər barədə əlaqədar qurumların rəhbərlərinə operativ tapşırıqlar verildi.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında