Əfqanıstanla ikitərəfli əməkdaşlıq inkişaf etdiriləcək

Əfqanıstanla əmək və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadilələrinin genişləndirilməsi üçün səylər artırılacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev  Əfqanıstan İslam Respublikasının əmək, sosial işlər, şəhid və əlillər naziri  Faizullah Zaki İbrahimi ilə görüşündə bildirib.

“Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Bakı şəhərində keçirilən beynəlxalq konfrans çərçivəsində baş tutan görüşdə S.Babayev ölkəmizin sosial müdafiə sistemi barədə F.Z.İbrahimiyə məlumat verib. Nazir bu sistemdə şəffaflığın və ünvanlılığın tam təmin edilməsi, əmək və sosial müdafiə sahələrində iş mexanizmlərinin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi yönündə aparılan islahatları diqqətə çatdırıb.

S.Babayev bildirib ki, son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Həmin sənədə əsasən, konkret sahələr üzrə müəyyən təcrübə mübadilələri aparılır.  Nazir İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda yaradılması nəzərdə tutulan beynəlxalq statuslu Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əmək və məşğulluq sahəsində əməkdaşlığa öz töhfəsini verəcəyini qeyd edib.

F.Z.İbrahimi ölkəmizlə əmək və sosial müdafiə sahələrində əlaqələrin güclənməsinə, əmək və sosial məsələlərin həlli sahəsində görülən işlərlə bağlı Azərbaycanın təcrübəsini öyrənməyə və aparılan təcrübə mübadilələrini gələcəkdə daha geniş müstəvidə qurmağa xüsusi önəm verdiklərini bildirib. O, İƏT-in Bakıda yaradılması nəzərdə tutulan beynəlxalq statuslu Əmək Mərkəzinin Nizamnaməsinin Əfqanıstan tərəfindən də imzalanmasına hazır olduqlarını vurğulayıb.

Görüş gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi ilə davam edib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında