Genetik Ehtiyatlar İnstitutunda becərilən dənli taxıl və paxlalı bitkilərə baxış keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitutunun (ƏETİ) Milli səyyar seminarının iştirakçıları AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda (GEİ) olublar. www.science.gov.az saytı xəbər verir ki, qonaqları GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov qarşılayıb, institutda genetik ehtiyatların toplanması, qorunması və kompleks qiymətləndirilməsi haqqında məlumat verib, gələcəkdə əlaqələrin daha da genişləndirilməsi, eləcə də birgə kadr hazırlığının vacibliyini bildirib.

Daha sonra seminar iştirakçıları GEİ-nin Milli Genbank və Biotexnologiya şöbələrində aparılan tədqiqat işləri ilə tanış olub, institutun kolleksiya pitomnikində becərilən dənli taxıl və paxlalı bitkilərə baxış keçiriblər.

Qeyd edək ki, sözügedən seminar Azərbaycan və Türkiyənin Kənd Təsərrüfatı nazirlikləri, Beynəlxalq Qarğıdalı və Buğda İnkişafı Mərkəzi (CİMMYT) və Quru ərazilərdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzinin (İCARDA) birgə təşkilatçılığı əsasında təşkil olunub.

Məqsəd Azərbaycanın müxtəlif aqroekoloji bölgələrində payızlıq buğdaların genetik ehtiyatlarının tədqiqi, müxtəlif aqroiqlim şəraitlərinə adaptasiya olunmuş sortların seçilməsi, bitkilərin mühafizəsinin optimallaşdırılması və digər fəaliyyətlərin intensivləşdirilməsidir.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında